SON DƏQİQƏ

bdih-kollec.edu.az

Kitabxana haqqında

10-01-2016, 18:56

Kitabxana haqqında Kitabxanalar tarixi yaddaşımız, milli, mənəvi xəzinəmizdir. Azərbaycan xalqı həmişə kitab mədəniyyəti ilə seçilib.Kitab bizim elmi və mənəvi inkişafımızın ən təkanverici qüvvəsi, həyatımızın ayrılmaz hissəsidir.
Kitabxana Kollecin yarandığı gündən hal-hazıra kimi fəaliyyət göstərir. Kitabxana 2-ci mərtəbə 167 kv metr sahəni əhatə edir.
Kitabxananın oxu zalının ümumi sahəsi 63,43 kv m-dir.

Ümumi kitabxana fondu.
19.440.23 manat dəyərində 2205 nüsxədən ibarətdir. Fond əsasən dərslik və dərs vəsaitləri, tədris metodiki, elmi- siyasi ədəbiyyatlar, bədii – publisistik və digər normativ hüquqi, fəlsəfi, iqtisadi və sair sahələri əks etdirən ədəbiyyatlardan, Məlumat nəşrlərindən ibarətdir. Kitabxana Kollecin direktoru tərəfindən təsdiq olunmuş, iş planı əsasında fəaliyyət göstərir.
Ədəbiyyatlar UOT (Universal Onluq Təsnifatı) cədvəlinə əsasən təsnifləşdirilir.
Kitabxana 450 nəfərdən artıq oxusu vardır ki, bunlar tələbə müəllim işçilərindən ibarətdir. Kitabxananın 96 kataloq qutusu, 4 kitab vitri, 32 ədəd kitab rəfi, 13 ədəd kitab şkafı var.
Kitabxananın oxu zalı, elektron kitabxana üçün ayrı, sinif otağı var.
Kitabxana bir çox adda dövrü mətbuat Respublika qəzet və jurnalları alır. “Azərbaycan”, “Xalq”, “Yeni Azərbaycan”, “Ədalət”, “Mövqe”, “İqtisadiyyat”, “Kaspi”, “Təhsil problemləri”, “Səs”, “Abşeron” qəzetləri və “Mühasibat və auditə”, “Təhsil”, “İqtisadiyyat və elm”, “İdarəetmə və hüquq”, “Hesabdar”, “İqtisadiyyat və Həyat” jurnalları alır.
Kitabxanada 20 Yanvar şəhidləri”, “Xocalı faciəsi”, “Klassiklərimiz”, Ulu öndərimiz Heydər Əliyev və Prezident İlham Əliyevin stendləri yaradılmışdır.
Kitabxanada gənclərin asudə vaxtlarını səmərəli keçirmək üçün hər bir şərait yaradılmışdır.
2013/2014-cü tədris ilində “Dünya ədəbiyyatının görkəmli nümayəndələri”nin əsərlərindən ibarət 45 adda 135 ədəd, 18 adda 57 ədəd kitab hədiyyə edilmişdir. 4 adda 150 nüsxə elektron kitablar almışıq. 211 ədəd elektron kitablar var. Bundan əlavə 107 addda 214 nüsxə İncəsənət və memarlığa dair kitablar kitabxana zalına verilmişdir.
Kitabxana şurası –Təhsil müəssisəsi Kitabxanada əsas idarəedici orqandır. 9 nəfərdən ibarət Kitabxana şurası fəaliyyət göstərir.

Kitabxana haqqında
Kitabxana haqqında
Kitabxana haqqında
Kitabxana haqqında
Kitabxana haqqında
Kitabxana haqqında
Kitabxana haqqında

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR