Anons
13 iyun 18, 09:03

QURTULUŞ GÜNÜ QEYD OLUNUR

13.06.2018-ci ildə Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində Milli Qurtuluş günü qeyd olundu.Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi ilə başladı və Kollecin tarix müəllimi İradə Məmmədova o dövr baş verən hadisələr barəsində geniş məlumat verdi.O, vurğuladı ki,1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizdə tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.İkinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.
Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.Tədbirin sonunda qısa metrajlı film nümayiş etdirildi.
QURTULUŞ GÜNÜ QEYD OLUNUR
QURTULUŞ GÜNÜ QEYD OLUNUR
QURTULUŞ GÜNÜ QEYD OLUNUR

Saytımızın dizaynı necədi?

Əla
Yaxşı
Pis
Bərbad

 Nəticələr
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031