SON DƏQİQƏ

bdih-kollec.edu.az

MÜƏLLİMLƏR GÜNÜ

15-10-2019, 10:48

Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir.Müəllimin məqsədi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir.
Ölkəmizin, xalqımızın gələcəyi naminə müəllimlik peşəsinə və bu peşə sahiblərinə dövlət səviyyəsində daim layiqli qayğı göstərilir.
Beynəlxalq müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Hər birimizdə müəllim hərarətli qəlbinin bir zərrəciyi var. “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb.Bu mənada 05.10.2019-cu il tarixində BDİHK-da Müəllimlər günü qeyd olundu.Tədbiri giriş sözü ilə açan Kollecin direktoru R.Əliyeva müəllimləri ürəkdən təbrik edərək, onları cəmiyyətin əsas istiqamətverici qüvvə olduğunu bir daha vurğuladı.Tədbir tələbələrin maraqlı çıxışları ilə davam etdi.
MÜƏLLİMLƏR GÜNÜ
MÜƏLLİMLƏR GÜNÜ

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR