SON DƏQİQƏ

bdih-kollec.edu.az

KORONAVİRUSLA BAĞLI MAARİFLƏNDİRİCİ TƏDBİR

25-02-2020, 10:28

KORONAVİRUSLA BAĞLI MAARİFLƏNDİRİCİ TƏDBİR
KORONAVİRUSLA BAĞLI MAARİFLƏNDİRİCİ TƏDBİR
KORONAVİRUSLA BAĞLI MAARİFLƏNDİRİCİ TƏDBİR
KORONAVİRUSLA BAĞLI MAARİFLƏNDİRİCİ TƏDBİR25.02.2020-ci il tarixində Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində Abşeron Uşaq Poliklinikasının baş həkimi Adilə Ukalayeva və Rayon Mərkəzi Xəstəxanasının həkimi, infeksionist Əminə İsmixanovanın iştirakı ilə (nCoV) koronavirusla bağlı maarifləndirici tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə açan Kollecin direktor müavini İradə Xudiyeva qonaqları təqdim etmiş daha sonra Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus haqqında hazırlanan slayd təqdim edilmişdir.Abşeron Uşaq Poliklinikasının baş həkimi Adilə Ukalayeva çıxışında ölkə başçısının tapşırığına əsasən koronavirus və onunla mübarizə metodları haqqında əhali arasında maarifləndirmə işlərinin aparıldığını, respublikada, eləcə də sərhəd-keçid məntəqələrində profilaktik tədbirlərin gücləndirildiyini nəzərə çatdırdı.Sonra Rayon Mərkəzi Xəstəxanasının həkimi, infeksionist Əminə İsmixanova koronovirusun əlamətləri və qorunma üsullarından geniş sğz açaraq bildirdi ki, ilk dəfə 1960-cı ildə heyvanlarda aşkarlanan xəstəlik növbəti illərdə insanlara da yoluxub və 2003-cü ildə Şiddətli Kəskin Respirator Sindromu (SARS), 2012-ci ildə isə Orta Şərq Respirator Sindromu (MARS) şəklində tələfatlara səbəb olub. O, koronavirusun Çinin Vuhan əyalətində üzə çıxan yeni növünün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2019-nCoV adlandırıldığını, zəif immunitet sistemi olan insanlara tez yoluxduğunu söylədi. Baş ağrısı, hərarət, öskürmək, asqırmaq, iştahsızlıq, mədə-bağırsaq sisteminin pozulmasının xəstəliyin ilk simptomlarından olduğunu deyən Ə.İsmixanova belə hallarda dərhal həkimə müraciət edilməsinin vacibliyini bildirdi. İnfeksionist virusun 60 dərəcədə, eləcə də dezinfeksiya zamanı məhv olduğunu deyib, xəstəliyə yoluxmamaq üçün profilaktik tədbirlərin (xəstə insanlarla təmas zamanı və digər hallarda əlləri yumaq, spirtlə təmizləmək, ət məhsullarını tam bişirmək, immuniteti gücləndirmək, C vitamini qəbul etmək) mütəmadi aparılmasının önəminə toxundu.
Tədbir tələbələrin maraqlı sualları ilə davam etdi.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR