SON DƏQİQƏ

bdih-kollec.edu.az

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində Ümumdünya Mülki Müdafiə günü qeyd olunub

2-03-2016, 00:18

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində Ümumdünya Mülki Müdafiə günü qeyd olunub
Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin akt zalında 1 mart Ümumdünya Mülki Müdafiə günü münasibətilə “Mülki Müdafiə və təhlükəsiz cəmiyyət üçün fövqəladə hadisələrin qarşısının alınması mədəniyyəti” adlı maarifləndirmə xarakterli tədbir kecirilib

Tələbələrin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə nail olmaq məqsədi daşıyan tədbirdə Kollecin direktoru Rüxsarə Əliyeva, həmçinin kollecin pedaqoji kollektivi və tələbələr iştirak ediblər

Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra “1 Mart Ümumdünya Mülki Müdafiə Günü”nə həsr edilmiş video-çarx nümayiş etdirilib

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Rüxsarə Əliyeva Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixindən danışıb. R.Əliyeva vurğulayıb ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il 1 mart tarixi üzv ölkələrində "Ümumdünya Mülki Müdafiə günü" kimi qeyd edilir: “Azərbaycan Respublikası bu beynəlxalq təşkilatda 1993-cü ildən təmsil olunur. Bu nüfuzlu beynəlxalq qurum ən mürəkkəb fövqəladə hallar baş verdikdə əhatə etdiyi ölkələrə yardım göstərir, həmin ölkələrdə mühafizə xidmətini inkişaf etdirir, möhkəmləndirir və əlaqələndirir. Azərbaycan Respublikası bu təşkilatın üzvlüyünə qəbul edildiyi üçün hər il onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir”.

Kollecinin Mülki Müdafiə mühəndisi Tərlan Hacızadə, tədbirin keçirilməsinin əhəmiyyətindən danışaraq bildirib ki, əsas məqsəd pedaqoji kollektivi və tələbələri maarifləndirmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmasının öyrədilməsidir.
T.Hacızadə kollecdə bəhs olunan sahədə aparılan işlərdən danışıb. Kollecdə xüsusi Mülki Müdafiə kabinetinin yaradıldığını, müvafiq avadanlıq və vəsaitlərlə təmin edildiyini diqqətə çatırıb. O, həmçinin dövlət rəhbərliyi tərəfindən Mülki Müdafiə işlərinin səmərəli təşkil edilməsinə göstərilən diqqət və qayğıdanda söhbət açıb.

Daha sonra çıxış edən Kollecin tələbələri Hüseyin Hüseyinli və Süsən Məmmədova 01 Mart – “ Beynəlxalq Mülki Müdafiə günü” münasibətilə hər kəsi təbrik edib, hər zaman qarşıya qoyulan problemlərin həllində , çətin və şərəfli yolda FHN əməkdaşlarına uğurlar arzulayıblar

Tədbirin sonunda mülki Müdafiə sahəsində nümunəvi biliyi və niziam-intizamı ilə digərlərinə örnək olan bir qrup tələbə Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Rüxsarə Əliyeva tərəfindən Fəxri Fərmanla təltif olunub

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR