SON DƏQİQƏ

bdih-kollec.edu.az

KOLLECİMİZDƏ HUMANİTAR AKSİYAYA QOŞULDU

2-05-2020, 20:47

Bu gün koronavirus pandemiyası dinindən, irqindən, yaşından və sosial mənsubiyyətindən asılı olmayaraq, hamı üçün problemə, bəşəri bəlaya çevrilib. Hazırda demək olar ki, bütün dünya ünvanın, kimliyin fərqinə varmayan bu infeksiya ilə mübarizə aparır.
Dünyanın bir parçası olan Azərbaycanda “Biz birlikdə güclüyük” və “Evdə qal” devizləri günün əsas çağırışlarına çevrilib. Azərbaycan dövləti öz vətəndaşlarını koronavirus pandemiyasından, onun yaratdığı fəsadlardan qorumaq üçün bütün tədbirləri görür, xalqımız həmrəylik nümayiş etdirir. Bütün bunlar isə ölkəmizin hazırkı ağır dönəmdən ən az itkilərlə çıxacağına əminlik yaradır.
Bu sınaq günlərində bir-birinə dayaq durmaq, xüsusilə həssas əhali qruplarının qayğılarına diqqət göstərmək, onların ehtiyaclarının ödənilməsinə yardım etmək sosial çağırış və günün tələbidir. Bu məqsədlə cəmiyyətin müxtəlif qrupları, dövlət qurumları, sosial məsuliyyətli sahibkarlar müxtəlif sosial aksiyalar təşkil edir.Bu mənada 01.05.2020 ci il tarixində Bakı Dövlət İqtisadiyyat və HUmanitar Kollecin heyəti Xırdalan şəhəri ərazisində yaşayan bir neçə ailəyə ərzaq yardımı etmişdir.Bu çətin günlərdə hamıya sağlamlıq və dözüm arzulayırıq. İnanırıq ki, ölkəmizin, vətəndaşlarımızın normal iqtisadi və sosial həyata qayıdacağı gün uzaqda deyil və bu cür sosial addımlar o günün daha da yaxınlaşmasına bir dəstəkdir.
KOLLECİMİZDƏ  HUMANİTAR  AKSİYAYA QOŞULDU
KOLLECİMİZDƏ  HUMANİTAR  AKSİYAYA QOŞULDU
KOLLECİMİZDƏ  HUMANİTAR  AKSİYAYA QOŞULDU
KOLLECİMİZDƏ  HUMANİTAR  AKSİYAYA QOŞULDU
KOLLECİMİZDƏ  HUMANİTAR  AKSİYAYA QOŞULDU

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR