SON DƏQİQƏ

bdih-kollec.edu.az

QANLARI İLƏ TORPAQ YUYANLAR

1-11-2020, 18:31

QANLARI İLƏ TORPAQ YUYANLAR
QANLARI İLƏ TORPAQ YUYANLAR

QANLARI İLƏ TORPAQ YUYANLAR


Muradov Elgün Ehtibar oğlu 26.04.1998ci ildə Şabran rayon,Daşlıyataq kəndində anadan olmuşdur.Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin tələbəsi olan Elgün təhsil aldığı müddətdə müəllim və tələbələrin sevimlisinə çevrilmiş, Kollecin mədəni həyatında yaxında iştirak etmişdir.Hərbi xidməti başa vurduqdan sonra təhsilini davam etdirmişdir.Lakin erməni silahlı qüvvələrinin Azərbaycana növbəti hücumu zamanı Ali Baş Komandanın səfərbərlik çağırışına cavb verərək könüllü olaraq orduya geri qayıtmışır.Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq, şəhidlik zirvəsinə yüksəlmişdir.Allah rəhmət eləsin.

QANLARI İLƏ TORPAQ YUYANLAR

Həsənov Novruz Cüməli oğlu 20.02.1996-cı ildə Gədəbəy rayonunda anadan olmuşdur.2014-cü ildə Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinə daxil olmuş,2018-ci ildə məzun olmuşdur.Vətən müharibəsinə könüllü gedən Novruz müharibənin başa çatmasına 2 gün qalmış qəhrəmancasına şəhid olmuşdur.Müharibə dövründə şücaət göstərmiş ölümündən sonra Şuşanın azad olunmasına görə və Şücaətə görə medallarla təltif olunmuşdur.

Kollecimizin məzunu Səmədov Nicat təhsilini başa vurduqdan sonra ordu sıralarına xidmətə gedir.Xidməti başa vurduqdan sonra orduda qalarir.İlk dəfə hələ 2016-cı ilin aprelində düşmən tərəfin təxribatının qarşısını alınması əməliyyatında yaxında iştirak edir böyük şücaət göstərir.2020-ci il sentyabrın 27-i başlayan Vətən müharibəsində iştirak ederek torpaqlarımızın azad edilməsində qəhrəmanlıq göstərərək şəhid olur.Ölümündən sonra Vətən uğrunda medalı ilə təltif olunmuşdur.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR