SON DƏQİQƏ

bdih-kollec.edu.az

QALİB KOMANDAN.MÖHTƏŞƏM ZƏFƏR.MÜZƏFFƏR ORDU.

30-12-2020, 11:17

QALİB KOMANDAN.MÖHTƏŞƏM ZƏFƏR.MÜZƏFFƏR ORDU.
QALİB KOMANDAN.MÖHTƏŞƏM ZƏFƏR.MÜZƏFFƏR ORDU.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi və ya Dəmir Yumruq əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.
Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı münaqişəni kəskin şəkildə qınamış və hər iki tərəfi gərginliyi azaltmağa və danışıqları təxirə salmadan davam etdirməyə çağırmışdır. Əfqanıstan, Ukrayna, Pakistan, Türkiyə və Şimali Kipr Türk Respublikası isə Azərbaycana dəstək olduqlarını bildirmişdir. 29 sentyabr tarixində BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar təcili iclas keçirmişdir. Rusiyanın vasitəçiliyi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənən və həm Ermənistan, həm də Azərbaycan tərəfindən qəbul edilən humanitar atəşkəs rəsmi olaraq 10 oktyabr tarixində qüvvəyə minsə də, Ermənistan Silahlı Qüvvələrinin mülki vətəndaşları hədəfə alan terror aktları nəticəsində atəşkəs yenidən pozulmuş, yaralıların və məhbusların mübadiləsi dayandırılmışdır. Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində 93 dinc sakin həlak olmuş, 407 nəfər yaralanmış, 3000-dən çox yaşayış evi yararsız vəziyyətə düşmüşdür.
Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan,25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir.Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 00:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuşdur. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir. Qarşı tərəf öz itkilərini açıqlamır.
Məhv edilmiş Ermənistan ordusunun texnikaları:
Tank əleyhinə vasitələr - 53,
“Smerç” - 4,
“Qrad” - 97,
“Uraqan” - 2,
“YARS” - 1, TOS odsaçan - 1,
“S-300” zenit-raket kompleksləri - 7 atıcı qurğusu bir “S-300” radiolokatoru və iki “S-300” aşkaretmə stansiyası
“Oborona” radiolokasiya stansiyası - 1
“TOR” zenit-raket kompleksi - 5
“Osa” zenit-raket kompleksi – 40
“KUB” zenit-raket kompleksi - 4,
“KRUQ” zenit-raket kompleksi - 1 zastava – 14
“S-125” zenit-raket kompleksi - 2
pilotsuz uçuş aparatları - 22
“Elbrus” əməliyyat-taktiki raket kompleksi - 2,
ballistik raket - 1,
“Toçka-U” raket kompleksi – 1
Radioelektron mübarizə vasitələri - 5
“R-142” komanda qərargah maşını - 2
“Nebo-M” radiolokasiya stansiyası - 1
Müxtəlif radiolokasiya stansiyaları - 7
“Reppelent” radio-texniki maneə vasitəsi - 4
Özüyeriyən artilleriya qurğuları “Akasiya” və “Qvozdika” – 28
Müxtəlif çaplı toplar – 315
Minaatanlar – 63
Xüsusi avtomobillər – 10
7 komanda məntəqəsi, 11 sursat anbarı
Tank – 287
Piyadaların döyüş maşını(PDM) – 69
“Su-25” təyyarəsi – 5
Yük avtomobilləri – 252

Düşmənin qənimət götürülmüş texnikaları:
Özüyeriyən artilleriya qurğuları “Akasiya” və “Qvozdika 5
Müxtəlif çaplı toplar 37
Minaatanlar 62
Xüsusi avtomobillər 93
Qumbaraatan – 178
Traktor – 10
“Şilka” zenit qurğusu
Atıcı silahlar – 1380
Tank 79
Piyadaların döyüş maşını (PDM) 47
Yük avtomobilləri 270

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR