SON DƏQİQƏ

bdih-kollec.edu.az

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci payız semestrinin imtahan sessiyasının təşkili

30-12-2020, 12:00

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kolleci


Təsdiq edirəm:
Kollecin direktoru
___________R.M.Əliyeva
______ dekabr 2020-ci il

Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecində
2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və tələbələrin biliyinin qiymətləndirilməsinə dair müvəqqəti
QAYDALAR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” 2020-ci il 29 avqust tarixli 312 nömrəli qərarına və Təhsil nazirinin “Xüsusi karantin rejimi dövründə ali və orta ixtisas təhsili müəssisələrində tədris prosesinin təşkilinə dair Təlimat”ın təsdiq edilməsi barədə” 2020-ci il 11 sentyabr tarixli F-424 nömrəli əmrinə uyğun olaraq cari tədris ilinin payız semestrində təris prosesi distant (məsafədən) formada aparılır. 15 sentyabr 2020-ci il tarixindən dərsə başlayan qruplarda müharibə şəraiti ilə bağlı 28 sentyabrdan onlayn tədris dayandırılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 396 №li Qərarına əsasən 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək əlavə tətil günləri müəyyən edilmişdir. Tələbə qəbulu prosesinin gec yekunlaşması ilə əlaqədar isə cari tədris iilində kollecə qəbul olunanların (əyani) dərsləri 2 noyabrdan başlanmışdır. Bununla əlaqədar payız semestrində tədrisi nəzərdə tutulan dərs saatlarının tədris planları ilə müəyyən olunmuş vaxtda tam yerinə yetirilməsi imkansız olsa da, nəzərdə tutulmuş məzmunun tələbələrə çatdırılması üçün zəruri addımlar atılmışdır. Dərslər əsasən mühazirə şəklində və ya qarışıq tipdə təşkil olunmuş, tədris prosesi fənlər üzrə yaxın mövzuların birləşdirilməsi və proqram materialının optimallaşdırılması hesabına intensiv həyata keçirilmişdir.
2020-2021-ci tədris ilinin payız semestrinin gedişini nəzərə alaraq semestr imtahanlarının mövcud şəraitə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.12.2013-cü il tarixli 354 nömrəli əmri ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qayadaları”na, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20.02.2008-ci il tarixli 231 nömrəli əmri ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələri tələbələrinin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında müvəqqəti Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər barədə Qərar”larına, Təhsil Nazirliyinin 12.09.2020-ci il tarixli "Xüsusi karantin rejimi dövründə ali və orta ixtisas təhsili müəssisələrində tədris prosesinin təşkilinə dair Təlimat"ına, 01.10.2020-ci il tarixli 03-11-1063/15 nömrəli məktubuna və 11.12.2020-ci il tarixli F-530 nömrəli əmrinə, qüvvədə olan digər hüquqi-normativ aktlara uyğun keçirilməsini təmin etmək məqsədi ilə payız semestrində tələbələrin biliyinin qiymətləndirilməsinin aşağıdakı qaydalar əsasında aparılması nəzərdə tutulur:
1. 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası 2021-ci il yanvar ayının 11-də başlamaqla 4 həftə müddətində distant (məsafədən) formada keçirilir.
2. Bütün ixtisaslar üzrə təhsilalanların (ümumi təhsil bazasından cari tədris ilində qəbul olunanlar istisna olmaqla), eləcə də təkrar dinləmədə iştirak edən və ya fənni dinləmədən imtahanda iştirak etmək istəyən tələbələrin fərdi planında cari semestr üçün nəzərdə tutulmuş fənlər üzrə toplaya biləcəyi balın maksimum miqdarı 100-ə bərabərdir. Bu balların yarısı semestr ərzindəki fəaliyyətə, digər yarısı isə imtahan nəticələrinə görə toplanır.
3. Semestr ərzindəki fəaliyyətin qiymətləndirilməsi zamanı dərsə davamiyyətə görə maksimum 10 bal, tələbənin sərbəst işinə görə maksimum 10 bal; seminar və ya qarışıq dərslərin nəticəsinə (frontal sorğu, araliq testlər və s.) görə maksimum 30 bal (cəmi maksimum 50 bal) toplanması nəzərdə tutulur. Seminar və ya qarışıq dərslərdə tələbənin ən azı üç dəfə qiyməti yoxdursa, çatışmayan ballar sıfır qəbul edilir.
4. Fənn üzrə davamiyyət balı müəyyənləşdirilən zaman fənnə verilən ümumi dərs saatı əsas götürülür, üzrlü səbəbdən yerinə yetirilməyən dərs saatları tələbənin xeyrinə hesablanır.
5. İmtahanlar əvvəlcədən müəyyən olunmuş cədvələ əsasən onlayn – şifahi formada (müəllim-tələbə dialoqu) keçirilir.
6. Payız semestrinin davam etdiyi mürəkkəb pandemiya və müharibə şəraiti, onlayn imtahanlarda istifadə olunan elektron resurslarda vaxt məhdudiyyətlərinin olduğu nəzərə alınaraq hər bir fənn üzrə bir biletə daxil edilən sualların sayı 5-dən 3-ə endirilir və hər sualın cavabı maksimum 10 balla qiymətləndirilir, biletə daxil edilməyən 2 sual üçün imtahanda iştirak edən tələbənin imtahan balına 20 bal əlavə edilir.
7. Əyani təhsil forması üzrə bütün qruplarda 2 fənn üzrə ümumi qiymətləndirilmə tələbənin cari imtahan sessiyasında əldə etdiyi nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricinə - ÜOMG) uyğun olaraq aparılır. Bununla bərabər belə qiymətləndirmə ilə razılaşmayan və həmin fəndən imtahan vermək istəyən tələbələr üçün mövcud qaydalar əsasında imtahanlar təşkil edilir.
8. Bütün tələbələr fərdi planında cari semestr üçün nəzərdə tutulmuş fənlər üzrə imtahana buraxılır.
9. Bütün ixtisaslar və fənlər üzrə imtahan sualları sadələşdirilir və onların sayı azaldılır. Suallar fənnə ayrılan saatın miqdarına (30, 45, 60, 75, 90 saat) uyğun sayda tərtib edilməklə, imtahandan ən azı dörd həftə əvvəl tələbələrə çatdırılır.
10. Ümumi təhsil bazasından cari tədris ilində qəbul olunanlar üçün birinci yarımildə qiymətləndirmə aparılmır, növbəti yaımildə birdəfəlik illik qiymətləndirmənin aparılması nəzərdə tutulur.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR