SON DƏQİQƏ

bdih-kollec.edu.az

XOCALI "QAN YADDAŞIMIZ"

27-02-2021, 21:32

26.02.2021-ci il tarixində Bakı Dövlət Universitetinin nəzdnində İqtisadiyyat və Humanitar Kollecində əvvəlcədən tərtib olunmuş plana əsasən Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirildi. Pandemiya vəziyyətinin tələblərinə uyğun olaraq onlayn dərslərin 1-ci saatı tələbələr soyqırım haqqında məlumatlandırıldılar. Qeyd olundu ki,1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.
Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur.
Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.
Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:
uşaqlar - 63 nəfər;
qadınlar - 106 nəfər;
qocalar - 70 nəfər.
8 ailə tamamilə məhv edilmişdir.
25 uşaq hər iki valideynini itirmişdir.
130 uşaq valideynlərindən birini itirmişdir
487 nəfər yaralanmışdır, onlardan:
uşaqlar - 76 nəfər;
1275 nəfər əsir götürülmüşdür.
150 nəfər itkin düşmüşdür.
Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.
Daha sonra Kollecin rəhbərliyinin təşəbbüsü ilə tələbələrlə "Xocalı qan yaddaşımız" adlı onlayn tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Kollecin direktoru R.Əliyeva Ümummilli Lider Heydər Əliyevin "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu"sözləri ilə başlayaraq, Xalımızın bu faciəni heç vaxt unutmayacağını və bu soyqırımın qisasının alındığını bildirdi. Tədbirdə Kollecin qabaqcıl tələbələri Əliyeva Həcər, Qəhrəmanova Fatimə, Hüsynova Gülər, Balayeva Xədicə ,Əliyeva Almaz, Sadıqova Lalə, Məhərrəmova Təhminə, Adıgözəl Nuray və Şıxəliyeva Rəvanə şer və mahnılar səsləndirdilər.Kollecin tərbiyə işləri üzrə direktor müavini G.Həsenova çıxışlara davam ederek 44 günlük Vətən Müharibəsindən söhbət açdı. Sonda Kollecimizin məzunu və 44 günlük Vətən Müharibəsinin iştirakçısı Əliyev Amilin tədbirə qoşulması tələbələrdə xüsusi marağa səbəb oldu. Amil bir daha bütün şəhidlərimizin qisasını alındığını bildirərək, Ali Baş Komandana və Azərbaycan Xalqına öz minnətdarlığını bildirdi. Qarabağ Azərbaycandır!
XOCALI "QAN YADDAŞIMIZ"
XOCALI "QAN YADDAŞIMIZ"
XOCALI "QAN YADDAŞIMIZ"
XOCALI "QAN YADDAŞIMIZ"
XOCALI "QAN YADDAŞIMIZ"

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR