SON DƏQİQƏ

bdih-kollec.edu.az

DSX-nın Xüsusi Təyinatlısı məzunumuz Səmədov Nicat Şahin oğlu

4-03-2021, 18:39


Səmədov Nicat Şahin oğlu 26.12.1992-ci ildə Bakı şəhərində anadan olmuşdur.Orta təhsilini başa vurduqdan sonra 2005-ci ildə Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin "Mühasibat uçotu və audit xidməti" ixtisasına daxil olmuşdur.2011-ci ildə hərbi xidmətini Beyləqan N saylı hərbi hissədə keçirir.Xidmətini başa vurduqdan sonra DXS-nin gizirlik kurslarına daxil olur.Kursları fərqlənmə ilə başa vuran Nicat DSX-da gizir rütbəsi ilə xidmətə başlayır.Hələ 2016-cı ildə aprel ayında düşmən təxribatının qarşısının alınmasında yaxından iştirak edir və nümunəvi xidmətə görə təltif olunur.2020-ci il sentyabrın 27-si başlayan Vətən Müharibəsində Nİcat ən ön sırada düşmən arxasında bir çox əməliyyatlarda iştirak edir.Fizuli ,Cəbrayıl, Zəngilanın işğaldan azad olunmasında iştirak edir.Son döyüşü Zəngilanın Ağbənd qəsəbəsində olur.22.10.2020-ci il tarixində 6 nəfərlik heyətlə düşmənə sinə gələn Nicat qəhrəmancasına həlak olaraq,şəhidlik zirvəsinə yüksəlir. Müqəddəs nəşi Binəqədi rayonu Yuxarı Sulutəpə qəsəbəsində "Şəhidlər Xiyabanın"da torpağa tapşırılıb.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR