SON DƏQİQƏ

bdih-kollec.edu.az

ELM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR

29-03-2021, 17:38

19.03.2021-ci il tarixində Bakı Dövlət Universitetinin dəstəyi ilə 27 mart - Elm Gününə həsr olunmuş mühazirələr silsiləsindən “Müasir cəmiyyətində informasiya fəaliyyətinin yeri” mövzusunda onlayn mühazirə keçirildi. Kitabxanaçılıq-informasiya fakültəsinin Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov BDU-nun eyni zamanda İqtisadiyyat və Humanitar Kollecin pedaqoji heyəti və tələbələrinə mühazirə oxudu.Onlayn mühazirədə 100-ə yaxın təhsil işçisi və tələbə iştirak etmişdir.
Mühazirə çərçivəsində N.İsmayılov qlobal informasiya mühitində dünya və Azərbaycan təcrübəsinə əsaslanmaqla informasiya cəmiyyəti quruculuğu və bu prosesdə kitabxanaçılıq və informasiya fəaliyyətinin rolu ilə bağlı təhlillər apararaq , Ölkəmizdə kitabxana və informasiya fəaliyyətinə dair dövlət siyasətinin prioritetləri, sahə üzrə mövcud əmək bazarında rəqabətədavamlı kadr hazırlığına verilən tələblər kimi məsələlərdən bəhs etdi. Məruzədə qarşıya qoyulan əsas məqsədlərdən birinin tədris prosesində bu dəyişiklikləri nəzərə almaqdan ibarət olduğu qeyd edilib.Tədbir iştirakçıların maraqlı sualları ilə davam etdi.

ELM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR
ELM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR
ELM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR
ELM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR
ELM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR