SON DƏQİQƏ

bdih-kollec.edu.az

AUTİZMLƏ MÜBARİZƏ GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR

5-04-2021, 16:34

2 aprel – Ümumdünya Autizm Günü ilə əlaqədar bütün dünyada aprel ayı autizm haqqında maarifləndirməyə həsr olunur. Hər il Azərbaycanda da cəmiyyətin autizm mövzusunda maarifləndirilməsi ilə bağlı silsilə tədbirlər keçirilir.Keçirilən tədbirlər və aksiyalar daha inklüziv cəmiyyətin yaradılmasına, autizmdən zərər çəkmiş insanların istedadlarını aşkarlamağa və onlara potensiallarından düzgün istifadə etməyə imkan yaradır. Autizm erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən, məhdud və təkrarlanan davranışlara yol açan ümumi inkişaf geriliyidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”na autizm də aid edilib.
bu mənada BDU-nun nəzdnində İqtisadiyyat və Humanitar Kollecin tələbələri bu xəstəlikdən əziyyət çəkən uşaqlara dəstək videosu hazirlamışlar.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR