SON DƏQİQƏ

bdih-kollec.edu.az

Narkomaniya ümumbəşər bəladır

29-06-2021, 06:35

Narkomaniya ümumbəşər bəladır
Narkomaniya ümumbəşər bəladır
Narkomaniya ümumbəşər bəladır
Narkomaniya ümumbəşər bəladır


Narkomaniya ümumbəşər bəladır29.06.2021-ci il tarixində Abşeron İcra Hakimiyyətinin , Abşeron Gənclər İdman İdarəsinin və Abşeron Mərkəzi Polikilinikası ilə BDU-nun nəzdnində İqtisadiyyat və Humanitar Kollecinin tələbə-müəllim heyətinin iştirakı ilə "Narkomaniya Ümumbəşər bəladır" adı altında onlayb tədbir keçirildi.Tədbiri giriş sözü ilə açan Kollecin direktor müavini Gülnarə Həsənova qonaqları təqdim edərək , tədbirin proqramı barədə məlumat verdi.
Abşeron Gənclər İdman İdarəsinin rəisi Əskər Əmrəliyev çıxışında bildirdi ki, narkotik maddələr müxtəlif çeşidlidir. Daha çox yayılanları isə xaşxaş, tiryək, marixuana, heroin, kokain və s.-dir. Son illər kimyəvi laboratoriyalarda hazırlanan yeni sintetik narkotik maddələr meydana gəlmişdir. Bunlar xüsusilə təhlükəlidir, çünki birinci dəfədən adamı özünə alışdıra bilir. Narkotiklərdən asılılıq ağır xəstəliyə - narkomaniyaya gətirib çıxarır. Narkotik maddələr insan sağlamlığına bərpaedilməz ziyan vurur, fiziki qüvvələri tükəndirir, bədənin çəkisi birdən-birə azalır, ümumi zəhərlənmə baş verir.
Polikilinikanın həkimi Afaq Zərbəliyeva bu bəlanın böyük fəlakətlərə səbəb olduğunu və narkomaniya keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olduğunu bildirdi. Narkotik maddələrin bir çoxu şprislə qana ötürüldüyündən və narkoman qrupları daxilində eyni şprisdən istifadə edildiyindən narkomanlar arasında QİÇS və başqa xəstəliklərə tutulmuş insanlar çoxdur. Narkotik maddə alverçiləri heroin və kokaini yuyucu toz və ya şəkər tozu qatıb satırlar, ona görə də narkomanda şəkər diabeti tez inkişaf edir. Əgər "xalis mal", yəni heç bir qarışığı olmayan narkotik maddə qəbul olunarsa, zəhərin güclü təsirindən o saat ölmək olar. Ən dəhşətlisi odur ki, bir neçə dəqiqə ərzində baş beyin zədələnə və bununla da yaşaya-yaşaya şikəstlik əmələ gələ bilər. Belə halda adam düşünmək, hərəkət etmək, reaksiya vermək qabiliyyətini itirir, danışmaq və müxtəlif əşyalardan istifadə etmək imkanından məhrum olur. Bu vəziyyət illərlə davam edə bilər.
Qanunsuz dini ədəbiyyatların yayılması, yeniyetmələr və gənclər arasında narkomaniyanın yayılmasının qarşısının alınması, kollecin yaxınlığında yerləşən ictimai iaşə obyektlərinin tələbələrə təsirinə aid suallar verildi, qonaqlar tərəfindən bəzi məsələlərə aydınlıq gətirildi.
Sonda kollecin tələbələri hazırladıqları səhnəciyi tədbir iştirakçılarına təqdim etdilər.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR