SON DƏQİQƏ

bdih-kollec.edu.az

Məişət zorakılığına qarşı maarifləndirmə tədbiri

20-05-2021, 14:09

Ölkəmizdə məişət zorakılığı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir. Məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə də, məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir.Bu məqsədlə BDU-nun nəzdnində İqtisadiyyat və Humanitar Kollecində Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq evinin ,Ailə ,Qadın və Uşaq problemləri Üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilmişdir.Tədbirdə çıxış edən komitənin əməkdaşı Nailə İsmayılova məişət zorakılığı hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsi dövlətimizin daxili siyasətində bu gün ən mühüm prioritetlərdən biri olduğunu diqqətə çatdırdı.Qanunvericiliyə müvafiq olaraq məişət zorakılığının qarşısının alınmasını yerli icra hakimiyyəti orqanları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyi həyata keçirir. Komitənin fəaliyyəti barədə məlumat verən N.İsmayılova 11 regional Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən hər il ərzində 300-ə yaxın müxtəlif mövzularda, o cümlədən, “Ailə institutunun gücləndirilməsi” və “Zorakılığa YOX deyək”, “Erkən nikahlara yox deyək” və s. müxtəlif mövzularda təlimlər keçirdiyini xatırlatdı.Tədbir tələbələrin sualları ilə davam etdi.
Məişət zorakılığına qarşı maarifləndirmə tədbiri
Məişət zorakılığına qarşı maarifləndirmə tədbiri
Məişət zorakılığına qarşı maarifləndirmə tədbiri
Məişət zorakılığına qarşı maarifləndirmə tədbiri
Məişət zorakılığına qarşı maarifləndirmə tədbiri

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR