SON DƏQİQƏ

bdih-kollec.edu.az

"28 May Respublika Günü"şanlı tariximiz

26-05-2021, 16:37

25.05.2021 ci il tarixində BDU-nun nəzdnində İqtisadiyyat və Humanitar Kollecində Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq evinin təşkilatçılığı ilə "28 May Respublika Günü"şanlı tariximiz adlı onlayn tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə açan Kəmalə Muradlı şərqdə ilk demokratik dövlətin məhz Azərbaycan olduğunu və bunun tarixi nəaliyyət olduğunu vurğuladı.Tədbirin qonağı tarix elmləri namizədi Vəfa Quliyeva 28 May Respublika Günü Azərbaycan tarixində ən əlamətdar günlərdən biridir. Məhz bu gün, təkcə Azərbaycanda, həm də təkcə türk dünyasında deyil, bütövlükdə, müsəlman Şərqində Demokratik Cümhuriyyətin yarandığı bir gündür. Bu gün Azərbaycanın yurdsevən, demokratiya, tərəqqipərvər və millətsevən insanları müstəqillik elan ediblər. Məhz 1918-ci ilin 28 may günü Azərbaycan özünü bir dövlət kimi varlığını dünyaya göstərdi. Çox təəssüf ki, həmin illər qarışıq idi. Nə Birinci Dünya müharibəsi, nə də ki, dünyanın hələ bölüşdürülməsi prosesi qutarmamışdı, dünyada sovet kabusu dolaşırdı. Həmin dövrdə Azərbaycanda bütün qüvvələri səfərbər etmək və Azərbaycan Cümhuriyyətini qorumaq mümkün olmadı. Lakin o vaxt ADR-in banilərindən biri Məmmədəmin Rəsulzadənin dediyi kimi, Cümhuriyyət Azərbaycan xalqına vəd etdiyi çox şeyi verə bilməsə də, azadlığın nə olduğunu dadızdırdı. 23 ay yaşayandan sonra o, süqut etdi və uzun illər sovet hökumətinin tabeliyində qalmağına baxmayaraq, xalqımız demokratik ideyaları daim qoruyub saxlamağa müvəffəq olduğunu nəzərə çatdırdı.Tədbirdə tələbələrin maraqlı çıxışları dinlənildi.
"28 May Respublika Günü"şanlı tariximiz
"28 May Respublika Günü"şanlı tariximiz
"28 May Respublika Günü"şanlı tariximiz

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR