SON DƏQİQƏ

bdih-kollec.edu.az

Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecində Səhiyyə İşçiləri Günü münasibətilə onlayn tədbir keçirilib

17-06-2021, 16:51

17.06.2021-ci il tarixində Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecində Abşeron Gənclər İdman İdarəsi ilə birgə Səhiyyə İşçiləri Günü münasibətilə onlayn tədbir keçirilib. Tədbirdə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru professor Səhər Orucova, Tərbiyə işləri üzrə direktor müavini Gülnarə Həsənova, Kollecin müəllim və tələbə heyəti, eləcə də həkimlər iştirak ediblər. Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkim infeksionisti Əminə İsmayılova və Vətən müharibəsi iştirakçısı, həkim Ramin Əliyev həkimlərin Vətən müharibəsi və "COVİD-19" virusu dövründəki fəaliyyətləri haqqında çıxış edərək hər iki dönəmdə baş verən prosseslərdən söhbət açıblar. Onlar çətin vəziyyətlərdə insanların həyatını xilas edən həkimlərin işlərinin ağırlıqlarından, şərəflə peşə öhdəliklərini yerinə yetirdiklərindən danışıblar. Kollecin İdman rəhbəri Coşqun Sadıqov çıxışında idman sahəsində həkimlərin fəaliyyətini yüksək qiymətləndirərək onlara öz təşəkkürünü bildirib. Sonda tələbələr çıxışçılara maraqlı suallar ünvanlayıblar.


Bakı Dövlət  Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecində Səhiyyə  İşçiləri Günü münasibətilə onlayn  tədbir keçirilib
Bakı Dövlət  Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecində Səhiyyə  İşçiləri Günü münasibətilə onlayn  tədbir keçirilib
Bakı Dövlət  Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecində Səhiyyə  İşçiləri Günü münasibətilə onlayn  tədbir keçirilib
Bakı Dövlət  Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecində Səhiyyə  İşçiləri Günü münasibətilə onlayn  tədbir keçirilib
Bakı Dövlət  Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecində Səhiyyə  İşçiləri Günü münasibətilə onlayn  tədbir keçirilib

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR