18:53 - 14-17 iyun 2023-cü il tarixində BDU-nun nəzdində İqtisadiyyat və Humanitar..
20:19 - Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə..
18:25 - 14 iyun Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar..
20:00 - Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə..
17:36 - 24 may 2023-cü ildə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və..
06:26 - Ulu Öndər Heydər Əliyev 100 illik yubileyinə həsr olunmuş şahmat birinciliyi..
16:29 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə..
12:06 - Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə..
12:49 - Bakı Dövlət Universitetinin Fizika fakültəsində Ümummilli Lider Heydər Əliyevin..
10:08 - Ulu Öndər Heydər Əliyev xatirəsinə həsr edilmiş yoldaşlıq görüşü keçirilib..
18:13 - 31 mart 2022-ci il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat..
12:10 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə “Türk..
19:23 - 09.03.2023-cü il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və..
10:32 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə..
10:22 - BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Xocalı faciəsinə həsr..
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Silahlı Qüvvələrin Yaranması Gününə həsr edilmiş onlayn tədbir
25.06.2021-ci il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Silahlı Qüvvələrin Yaranması Gününə həsr edilmiş onlayn tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Kollecin direktoru professor Səhər Orucova iştirakçıları salamlayaraq qeyd edib ki, bu günün bayram kimi tarixləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə - Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilib. O, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə peşəkar ordumuzun qısa zamanda işğal altında olan torpaqlarımızı azad etməsini xalqımızın tarixi nailiyyəti olduğunu, Ulu Öndər Heydər Əliyevin ordu quruculuğunda apardığı siyasətin Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini vurğulayıb. Kollecin direktor müavini Gülnarə Həsənova çıxışında Vətən müharibəsində Kollecin məzunlarının da iştirak etdiyini və onlardan üçünün şəhidlik zirvəsinə yüksəldiyini, 18-nin isə qazi olduğunu diqqətə çatdırıb. Kollecin məzunu, “Xocavəndin azad olunmasına görə medalı” ilə təltif olunan Amil Əliyev və Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunu, “Laçının və Suqovuşanın azad olunmasına görə medalları” və ” Vətən uğurunda” medalı ilə təltif olunan Elnur Soltanov keçdikləri döyüş yolundan söhbət açıblar. Tədbirdə kollecin tələbələri şeirlər səsləndirib, mahnılar oxuyublar. Sonda Kollecin direktoru professor Səhər Orucova hamıya öz təşəkkürünü bildirib.