SON DƏQİQƏ

bdih-kollec.edu.az

Stresslə mübarizə yolları

30-06-2021, 18:38

29.06.2021-ci il tarixində BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecində “Stresslə mübarizə yolları” mövzusunda onlayn seminar keçirilib. Seminarda Kollecin direktoru professor Səhər Orucova, Tərbiyə işləri üzrə direktor müavini Gülnarə Həsənova və tələbələr iştirak ediblər. Kollecin psixoloqu Xəyalə Vəliyeva stressə yol açan hallar barədə məruzə edərək problemlərin həll yollarını diqqətə çatdırıb. Psixoloq stressdən qorunmağın və bu vəziyyətdən çıxmağın düzgün yolları barədə danışaraq tələbələr arasında sorğu aparıb və onların psixoloji vəziyyətlərini öyrənərək fərdi məsləhətlərini verib. Kollecin tərbiyə işləri üzrə direktor müavini Gülnarə Həsənova təlim-tərbiyə işində bu cür dərslərin keçirilməsinin əhəmiyyəti barədə danışıb. Seminar diskussiya şəklində davam edib.
Stresslə mübarizə yolları
Stresslə mübarizə yolları

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR