18:53 - 14-17 iyun 2023-cü il tarixində BDU-nun nəzdində İqtisadiyyat və Humanitar..
20:19 - Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə..
18:25 - 14 iyun Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar..
20:00 - Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə..
17:36 - 24 may 2023-cü ildə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və..
06:26 - Ulu Öndər Heydər Əliyev 100 illik yubileyinə həsr olunmuş şahmat birinciliyi..
16:29 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə..
12:06 - Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə..
12:49 - Bakı Dövlət Universitetinin Fizika fakültəsində Ümummilli Lider Heydər Əliyevin..
10:08 - Ulu Öndər Heydər Əliyev xatirəsinə həsr edilmiş yoldaşlıq görüşü keçirilib..
18:13 - 31 mart 2022-ci il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat..
12:10 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə “Türk..
19:23 - 09.03.2023-cü il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və..
10:32 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə..
10:22 - BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Xocalı faciəsinə həsr..
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecində “Məzun Günü” qeyd olunub
07.07.2021-ci il tarixində BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecində “Məzun Günü” qeyd olunub. Azərbaycan Dövlət Himni ilə başlayan tədbir torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə davam edib. Giriş sözü ilə tədbiri açıq elan edən Kollecin direktoru professor Səhər Orucova təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil sisteminin günümüzdə daha da inkişaf etdirildiyini və müasir təhsil sistemləri ilə ayaqlaşdığını diqqətə çatdırıb. Tədbirin qonaqlarından Bakı Dövlət Universitetinin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Əliş Ağamirzəyev məzunları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Valideynlər adından Kamandar Əsgərli, məzunlar adından Nigar Əliyeva çıxış edərək Kollecin rəhbərliyinə və müəllimlərə minnətdarlıqlarını bildiriblər. Daha sonra direktor professor Səhər Orucova Kolleci yüksək balla bitirən tələbələrə qırmızı diplomlar təqdim edib. Tədbir bədii hissə ilə davam edib. Bədii hissədə Kollecin tələbələri musiqi nömrələri ilə çıxış ediblər. BDU-nun Filologiya fakültəsinin məzunu, şair Cəmil Cəmilbəyli Bəxtiyar Vahabzadənin "Mənim dostlarım" şeirini səsləndirib. Azərbaycanın məşhur Tarzəni Qurban Primovun nəticəsi Asim Primov tarda "Tələbə" mahnısını ifa edib.
Şuşa rayon Mədəniyyət evinin "Buta" rəqs qrupunun bədii rəhbəri Türkanə Bayramovanın qurduğu "Arşın mal alan" rəqsi müxtəlif yaş dövründə olan rəqs qruplarının ifasında nümayiş olunub. Təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnarə Həsənova Kollecin ictimai həyatında fərqlənən tələbələr Rafael Kərimliyə və Fəridə Həsənovaya "İlin tələbəsi" nominasiyası üzrə fəxri fərmanlar təqdim edib. "Məzun günü"ndə qonaq qismində iştirak edənlərə Təhsil işləri üzrə direktor müavini İradə Xudiyeva təşəkkürnamələr təqdim edib. Sonda məzun Fəridə Həsənova Kollecin simvolik açarını birinci kurs Həcər Əliyevaya təqdim edib və məzunların ənənəvi “papaq atma” mərasimi keçirilib.