SON DƏQİQƏ

bdih-kollec.edu.az

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Pedoqoji Şuranın növbəti iclası keçirilib

13-07-2021, 13:36

13.07.2021-ci il tarixində BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə cari tədris ilinin yekunları və yeni tədris ilinə hazırlıqla bağlı Pedoqoji Şuranın iclası keçirilib. İclas pandemiya şəraitinin tələblərinə uyğun olaraq, iştirakçıların hərarətlərinin yoxlanılması, əllərin dezinfeksiyası və sosial məsafənin qorunması ilə təşkil olunub. İclası giriş sözü ilə açan Kollecin direktoru professor Səhər Orucova cari tədris ilində imtahanların təşkilindən danışaraq, yeni tədris ilinə hazırlıq, görüləcək işlər barəsində geniş çıxış edib. Kollecin tədris işləri üzrə direktor müavini İradə Xudiyeva hesabat verərək dərslərin distant formada keçirilməsinə baxmayaraq, tələbələr arasında mənimsəmənin yüksək olduğunu, müəllimlərin qabaqcıl tədris metodlarından istifadə edərək, bu dərs formasına tez inteqrasiya etdiyini nəzərə çatdırıb. Direktor müavini Kollecdə Münaqişə Komissiyası və İmtahan Qərargahının yaradıldığını, qiymətindən narazı qalan tələbələrin bu komissiyaya müraciət etdiyini də qeyd edib. Qiymətləndirmə və monitorinq şöbəsinin müdiri Afaq Malıyeva builki 297 məzundan 28 nəfərinin fərqlənmə diplomu ilə bitirdiyini və Kollecdə yay məktəbinin fəaliyyət göstərəcəyini, akademik borcu qalan tələbələrin bura cəlb olunmasının vacibliyini diqqətə çatdırıb. İclasda qərara alınıb ki, akademik borcu qalan tələbələrin yay məktəbinə cəlb olunmaları təmin edilsin. Daha sonra Kollecin tərbiyə işləri üzrə direktor müavini Gülnarə Həsənovanın hesabatı dinlənilib. O , tədrisin distant formada keçirilməsinə baxmayaraq, təlim-tərbiyə işinin axsamadığını, tədbirlərin onlayn keçirildiyini və tələbələrin tədbirlərə, davamiyyətə ciddi yanaşdıqlarını qeyd edib. İclasın sonunda bir çox məsələlərlə bağlı qərarlar səsvermə yolu ilə qəbul olunub.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR