SON DƏQİQƏ

bdih-kollec.edu.az

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecində Tovuz döyüşlərinin il dönümünə həsr edilmiş onlayn tədbir keçirildi

16-07-2021, 20:01

15.07.2021-ci il tarixində BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecində Tovuz döyüşlərinin il dönümünə həsr edilmiş onlayn tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan Kollecin direktoru professor Səhər Orucova 2020-ci il iyulun 12-sindən başlayaraq, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutuduqlarını, nəticədə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusunun və bir dinc sakininin şəhid olduğunu, Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin başçılığı ilə Ordumuzun gördüyü tədbirlər nəticəsində düşmənin ağır itkilərlə geri çəkildiyini qeyd edib. BDU-nun Filologiya fakültəsinin məzunu, Tovuz döyüşlərinin iştirakçısı, həmçinin “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” Azərbaycan Respublikasının medalları ilə təltif olunan Elnur Soltanov döyüşlərin gedişatından, hərbçilərimizin şücaətindən söz açıb. Kollecin tələbələri də Tovuz döyüşlərinin əhəmiyyətindən danışaraq, bizi qələbəyə aparan yolda bu döyüşlərin həlledici olduğunu qeyd ediblər. Kollecin tələbələri vətənpərvərlik ruhunda şeirlər səsləndirib, mahnılar ifa ediblər.
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecində  Tovuz döyüşlərinin il dönümünə həsr edilmiş onlayn tədbir keçirildi
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecində  Tovuz döyüşlərinin il dönümünə həsr edilmiş onlayn tədbir keçirildi
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecində  Tovuz döyüşlərinin il dönümünə həsr edilmiş onlayn tədbir keçirildi
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecində  Tovuz döyüşlərinin il dönümünə həsr edilmiş onlayn tədbir keçirildi

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR