SON DƏQİQƏ

bdih-kollec.edu.az

Elan: 2021/2022-ci tədris ilində əlavə təhsil (təkrar orta ixtisas təhsil) almaq üçün tələbə qəbulu

30-07-2021, 16:32

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və
Humanitar Kolleci

2021/2022-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə
əlavə təhsil (təkrar orta ixtisas təhsil)
almaq üçün tələbə qəbulu elan edir:

Mühasibat uçotu
Maliyyə işi
Bank işi
Kargüzarlıq və arxiv işi
Kitabxana işi
Ətraf mühitin mühafizəsi və bərpası

Əlavə təhsil (təkrar orta ixtisas təhsil) yalnız ödənişli əsaslarla, Əyani təhsilalma forması üzrə müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kolleci publik hüquqi şəxs arasında bağlanılmış fərdi müqavilələr əsasında həyata keçirilir. Əlavə təhsil müvafiq ixtisas üzrə subbakalvr səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsili proqramı arasındakı fərq nəzərə alınmaqla, xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır.

Əlavə təhsil almaq istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Direktorun adına ərizə;
- Orta ixtisas təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notarial qaydada təsdiq olunmuş surəti;
- 3*4 sm ölçüdə 4 ədəd fotoşəkil;
- Sağlamlıq haqqında arayış;
- Şəxsiyyət vəsiqəsinin surəti


Sənədlər 2021-ci il avqust ayının 1-dən avqust ayının 20-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul edilir.

Əlavə təhsil almaq üçün Kollecə sənəd vermiş şəxslərlə müsabiqə təşkil edilir. Müsabiqəni uğurla keçənlər müqavilə yolu ilə əlavə təhsil ixtisası üzrə tələbələr sırasına qəbul edilirlər.

Tədris Azərbaycan dilindədir. Təhsil haqqı müqavilə əsasında ödənilir.

Ünvan: Xırdalan şəhəri, 28-ci məh, M.Hüseynzadə küçəsi 2.
Telefon: 349-38-00
ollec@mail.ru

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR