SON DƏQİQƏ

bdih-kollec.edu.az

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Pedaqoji şura keçirilib

22-09-2021, 15:47

14.09.2021 ci il tarixində BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Pedaqoji şura keçirilib.İclası giriş sözü ilə açan direktor professor Səhər Orucova gündəlik barədə geniş məlumat verib. Gündəlik səsə qoyularaq yekdilliklə qəbul olunub. Sonra iclasın katib seçimi baş tutub. İclasda çıxış edənlər Tədris işləri üzrə direktor müavini İradə Xudiyeva vəTədris hissə müdiri Elmira Budaqova, pandemiya dövründə tədrisin təşkili, onlayn keçirilən dərslərin mənimsənilməsi, dərs bölgüsü,qarşıda duran məsələlər barədə məruzə ilə çıxış ediblər. Cari məsələlər barədə çıxış edən direktor müavini İradə Xudiyeva hərbi xidməti başa vurub bərpa və müəyyən səbəblərdən xaric olan tələbələr barədə məlumat verdi.Dərs bölgüsü barədə məlumat verən Tədris hissə müdiri Elmira Budaqova yeni tədris ilinin başlaması ilə əlaqədar bütün müəllimlərin nəzərə alındığını diqqətə çatdırdı. Sonda direktor Səhər Orucova Kollecin yeni nizamnaməsini və ştat cədvəlini şuranın müzakirəsinə təqdim edib.O qeyd etdiki, yeni ştat cədvəli və nizamnamə günümüzün bütün tələblərinə cavab verməklə yanaşı, daha operativ fəaliyyət göstərməyə imkan yaradacaq.İclasda hər iki məsələ ilə bağlı geniş fikir mübadiləsi aparıldı və Hər səsə qoyularaq qəbul olundu.


 BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Pedaqoji şura keçirilib
 BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Pedaqoji şura keçirilib
 BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Pedaqoji şura keçirilib
 BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Pedaqoji şura keçirilib
 BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Pedaqoji şura keçirilib
 BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Pedaqoji şura keçirilib

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR