SON DƏQİQƏ

bdih-kollec.edu.az

Şəhidlər and yerimizdir

27-09-2021, 09:25

27.09.2021-ci il tarixində BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Vətən müharibəsi qəhramanlarının anım mərasimi keçirilib. Kollecin foyesində başlayan tədbir onlayn formada davam edib. Tədbiri açıq elan edən Kollecin direktoru professor Səhər Orucova qeyd edib ki,2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi ilə Ermənistan Respublikasının ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb. Azərbaycan Ordusunun Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndin işğaldan azad edildiyini diqqətə çatdıran direktor Səhər xanım Orucova Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2907 nəfər hərbi qulluqçusunun həlak olduğunu, 7 nəfərin itkin düşdüyünü, minlərlə hərbçinin isə yaralanaraq sağlamlığını itirdiyini vurğulayaraq, şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyib. Daha sonra çıxış edən Kollecin müəllimi Gülnarə Həsənova Vətən müharibəsində Kollecin 20 məzununun iştirak etdiyini, onlardan üçünün şəhidlik zirvəsinə yüksəldiyini qeyd edib. Tovuz döyüşlərinin iştirakçısı, həmçinin 44 günlük müharibənin iştirakçısı, eyni zamanda “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” Azərbaycan Respublikasının medalları ilə təltif olunan Elnur Soltanov keçdiyi şərəfli döyüş yolundan, döyüşlərin gedişatından, hərbçilərimizin şücaətindən söhbət açıb. Sonda Kollecin tələbələri vətənpərvərlik ruhunda şeirlər səsləndirib, mahnılar ifa ediblər.

Şəhidlər and yerimizdir
Şəhidlər and yerimizdir
Şəhidlər and yerimizdir
Şəhidlər and yerimizdir

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR