SON DƏQİQƏ

bdih-kollec.edu.az

2021/2022-ci tədris ilinin ilk günü

29-09-2021, 18:44

29 sentyabr 2021-ci il tarixində bütün ali və orta ixtisas təhsil müəssisələrində olduğu kimi, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə də dərslər başlayıb. Bu il Kollecə 205 nəfər ümumi orta təhsil bazasından, 142 nəfər isə tam orta təhsil bazasından qəbul olub. Ümumi orta təhsil bazasından qəbul olan tələbələrin dərsləri birinci növbəyə, tam orta təhsil bazasından qəbul olanların isə dərsləri ikinci növbəyə salınıb. Kollecdə ümumi orta təhsil bazasında 8 ixtisas (Mühasibat uçotu, Bank işi, Maliyyə işi, Ailə və ev təhsili, Kargüzarlıq və arxiv işi, Məktəbəqədər təhsil, Kitabxana işi, Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə), tam orta təhsil bazasında 6 ixtisas ((Mühasibat uçotu, Bank işi, Maliyyə işi, Ailə və ev təhsili, Məktəbəqədər təhsil, Kitabxana işi) üzrə qruplar mövcuddur. Yeni qəbul olan tələbələrlə ilk olaraq kollecin akt zalında görüş keçirilib. Tələbələr görüşdə qruplarını, dərs cədvəllərini öyrəniblər. Onlara kollecin rəhbərliyi daxili nizam-intizam qaydaları haqqında məlumat verərək uğurlar arzulayıb.
Kollecdə dərs cədvəli ənənəvi qaydaya uyğun qurulub. 18 yaşdan yuxarı tələbələr kollecə daxil olarkən onların vaksin pasportu yoxlanılıb. Pandemiya şəraitinə uyğun olaraq, hər bir əməkdaşa və tələbələrə təlimatlar verilib. Bir gün öncədən dezinfeksiya edilmiş otaqlarda tələbələr tək-tək əyləşiblər.
Yeni tədris ilinə hazırlıq olaraq, bir çox işlər görülüb. Dərslər, əvvəlki illərdən fərqli olaraq, hər müəllimin bitirdiyi ixtisasa uyğun bölünüb. Dərslərə uyğun yeni sillabuslar və mühazirə mətnləri tərtib olunub. Dərs proqramları da yenilənməkdədir. Bütün müəllimlərin açıq dərslərinin cədvəlləri tutulub. Tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi və onların ictimai işlərə cəlb olunması üçün təşkilatların və dərnəklərin sayının artırılmasında da işlər görülüb.


2021/2022-ci tədris ilinin ilk günü
2021/2022-ci tədris ilinin ilk günü
2021/2022-ci tədris ilinin ilk günü
2021/2022-ci tədris ilinin ilk günü

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR