SON DƏQİQƏ

bdih-kollec.edu.az

BDU nəzdində İqtisadiyyat və Humanitar Kollecdə ” Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirib

5-10-2021, 16:15

Oktyabrın 5-də BDU nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Tədbir şəhid müəllimlər haqqında süjet və onların xatirəsini bir dəqiqəlik sükutla başlayıb. Sonra kollecin direktoru Səhər xanım Orucova 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə kollektivi ürəkdən təbrik edib, müqəddəs, şərəfli peşələrində uğurlar arzulayıb. O, çıxışında Ulu öndər Heydər Əliyevin müəllimlərə verdiyi yüksək dəyərdən danışaraq bu siyasi kursun davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsil sahəsində geniş islahatların həyata keçirilməsi, təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının və tələbələrin təqaüdlərinin artırılması məhz müəllimlərin, təhsil işçilərinin zəhmətinə verilən qiymətin təzahürü olduğunu vurğulayıb. Kollecin müəllimləri İradə Xudiyeva və Gülnarə Həsənova da müəllimlər adından direktor Səhər xanım Orucovanı təbrik edib, arzularını həm rəhbərliyə, həm də digər müəllimlərə çatdırıblar. İradə xanım Xudiyeva qeyd edib ki, müəllimlik peşəsinin vacibliyini, gözəlliyini və eyni zamanda çətinliyini, məsuliyyətini yaxşı anlayan əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşıb, onu yüksək qiymətləndiriblər. Gülnarə xanım Həsənova tədbirin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Tədbirin bədii hissəsində Kollecin özfəaliyyət kollektivi tərəfindən müəllimlər haqqında şeir, mahnılar səsləndirilib.

BDU nəzdində İqtisadiyyat və Humanitar Kollecdə ” Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirib
BDU nəzdində İqtisadiyyat və Humanitar Kollecdə ” Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirib
BDU nəzdində İqtisadiyyat və Humanitar Kollecdə ” Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirib
BDU nəzdində İqtisadiyyat və Humanitar Kollecdə ” Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirib
BDU nəzdində İqtisadiyyat və Humanitar Kollecdə ” Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirib
BDU nəzdində İqtisadiyyat və Humanitar Kollecdə ” Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirib
BDU nəzdində İqtisadiyyat və Humanitar Kollecdə ” Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirib
BDU nəzdində İqtisadiyyat və Humanitar Kollecdə ” Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirib
BDU nəzdində İqtisadiyyat və Humanitar Kollecdə ” Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirib

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR