SON DƏQİQƏ

bdih-kollec.edu.az

Şəhidi Nicat Səmədovun evi ziyarət edildi

8-11-2021, 13:41

05.11.2021-ci il tarixində BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin müəllim və tələbə heyəti Kollecin məzunu olmuş Vətən müharibəsi şəhidi Nicat Səmədovun evini ziyarət edib. Şəhidin ailə üzvləri ilə söhbətdə atası Şahin Səmədov Nicatın həyat yolundan, qəhramanlığından söz açıb. O qeyd edib ki, Nicat 7 nəfər əsgər yoldaşı ilə mühasirədə olan əsgərləri xilas edərkən sona qədər döyüşüb və şəhidlik zirvəsinə ucalıb. Müəllimlər də Nicatla bağlı xatirələrini bölüşüblər. Sonra Sulutəpə ərazisində yerləşən Şəhidlər Xiyabanında Nicatın məzarı ziyarət olunub. Kollecdə Şəhidlər üçün hazırlanan guşənin qarşısında məzun şəhidlər bir dəqiqəlik sükutla yad edilib. Kollecin direktoru Səhər Orucova şəhidin valideynlərini qəbul edib. Görüşdə Səhər xanım qeyd edib ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilib: "Azərbaycan Respublikasının prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə ordumuz torpaqlarımızı işğaldan azad edərək bütün dünyaya öz gücünü göstərib. Torpağımızın azadlığı uğrunda canından keçən oğullardan biri olan Nicat təhsil aldığı müddətdə Kollecin ictimai həyatında fərqlənib və müəllim heyətinin hörmətini qazanıb". Şəhidin valideynləri yaxın günlərdə Nicatın yaşadığı küçəyə adı veriləcəyini deyiblər. Söhbət zamanı Nicatın xatirələrindən söz açılıb. Səhər xanım valideynlərə başsağlığı verərək onlara səbir diləyib.
Xatırladaq ki, Səmədov Nicat Şahin oğlu 26.12.1992-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 2005-ci ildə Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin "Mühasibat uçotu və audit xidməti" ixtisasına daxil olub. 2011-ci ildə hərbi xidmətini Beyləqan N saylı hərbi hissədə başa vurduqdan sonra DXS-nin gizirlik kurslarına daxil olur.Kursları fərqlənmə ilə başa vuran Nicat DSX-da gizir rütbəsi ilə xidmətə başlayıb.Hələ 2016-cı ildə aprel ayında düşmən təxribatının qarşısının alınmasında yaxından iştirak edib və nümunəvi xidmətə görə təltif olunub. 2020-ci il sentyabrın 27-si başlayan Vətən Müharibəsində Nicat ən ön sırada düşmənə qarşı bir çox əməliyyatlarda, eləcə də Füzuli, Cəbrayıl, Zəngilanın işğaldan azad olunmasında iştirak edib.
 Şəhidi  Nicat Səmədovun   evi  ziyarət edildi
 Şəhidi  Nicat Səmədovun   evi  ziyarət edildi
 Şəhidi  Nicat Səmədovun   evi  ziyarət edildi
 Şəhidi  Nicat Səmədovun   evi  ziyarət edildi
 Şəhidi  Nicat Səmədovun   evi  ziyarət edildi
 Şəhidi  Nicat Səmədovun   evi  ziyarət edildi
 Şəhidi  Nicat Səmədovun   evi  ziyarət edildi
 Şəhidi  Nicat Səmədovun   evi  ziyarət edildi
 Şəhidi  Nicat Səmədovun   evi  ziyarət edildi

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR