SON DƏQİQƏ

bdih-kollec.edu.az

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Zəfər bayramı və Bayraq Gününə həsr edilmiş tədbir keçirilib

14-11-2021, 09:09

10.11.2021-ci il tarixində BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Zəfər bayramı və Bayraq Gününə həsr edilmiş tədbir keçirilib.Tədbir Azərbaycan Dövlət Himni və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Tədbiri giriş sözü ilə açan Kollecin direktoru professor Səhər Orucova 44 günlük Vətən müharibəsində müzəffər ordumuzun parlaq qələbəsindən söhbət açaraq, bu zəfərin təməlinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, siyasi kursun davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin səyləri nəticəsində qazanıldığını qeyd edib. Kollecin əməkdaşı Vətən müharibəsi iştirakçısı, "Suqovuşanın və Laçının azad edilməsi" medalları ilə təltif olunan Elnur Soltanov döyüş yolundan söhbət açıb. Tədbirin bədii hissəsində Yaradıcılıq mərkəzinin üzvləri olan Elmir Ömərov, Arzu Ağazadə, Murad Əliasianov, Ayxan Məmmədov və digər tələbələr musiqilər, rəqslər ifa ediblər. Kollecin idman rəhbəri Coşqun Sadıqovun Karate klubunun yetirmələri fəndlər göstəriblər. Tədbirdə Yaradıcılıq mərkəzinin Rəsm dərnəyindəki üzvlərin Zəfər Günü mövzusunda çəkdiyi rəsmlər nümayiş etdirilib. Sonda direktor Səhər Orucova tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirərək iştirakçılarla xatirə şəkli çəkdirib.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR