SON DƏQİQƏ

bdih-kollec.edu.az

Kollecin Vətən müharibəsi şəhidi Nicat Səmədovun ailəsi ziyarət edilib

21-11-2021, 18:09

20.11.2021-ci il tarixində BDU-nəzdində İqtisadiyyat və Humanitar Kollecin Mikroiqtisadiyyat fənn müəllimi Leyli Rzayeva və bir qrup fəal tələbəsi növbəti dəfə Kollecin Vətən müharibəsi şəhidi Nicat Səmədovun ailəsini ziyarət edib. Şəhidin ailə üzvləri Nicatın həyatından, uşaqlıq xatirələrindən və döyüş yolundan söhbət açıblar. Şəhidin anası Nicatın şəhid olması xəbərini, həmin an keçirtdiyi hissləri çətin olsa da tələbələrlə bölüşüb. Daha sonra Sulutəpə ərazisində yerləşən Şəhidlər Xiyabanı ziyarət olunub və Nicatın məzarı üstünə Kollecin adından gül çələngi qoyulub. Allah bütün şəhidlərə rəhmət eləsin.
Kollecin Vətən müharibəsi  şəhidi  Nicat Səmədovun ailəsi ziyarət edilib
Kollecin Vətən müharibəsi  şəhidi  Nicat Səmədovun ailəsi ziyarət edilib
Kollecin Vətən müharibəsi  şəhidi  Nicat Səmədovun ailəsi ziyarət edilib
Kollecin Vətən müharibəsi  şəhidi  Nicat Səmədovun ailəsi ziyarət edilib
Kollecin Vətən müharibəsi  şəhidi  Nicat Səmədovun ailəsi ziyarət edilib

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR