SON DƏQİQƏ

bdih-kollec.edu.az

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Xocalı faciəsinin 30-cu ildönümünə həsr edilən tədbir keçirilib

26-02-2022, 12:27

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Xocalı faciəsinin 30-cu ildönümünə həsr edilən tədbir keçirilib. Himn ilə başlayan tədbirdə Xocalı qurbanları və Qarabağ uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Xocalı faciəsi haqqında video çarx nümayiş etdirilib. Tədbiri giriş sözlə açan kollecin direktoru Səhər xanım Orucova çıxışında vurğulayıb ki, bu faciə Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub: “Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib və fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunub. Ulu Öndərin siyasi kursunu davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülüb. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir çox layihələr həyata keçirilib”. Tədbirdə iştirak edən Abşeron rayonu icra Hakimiyyətinin məsul işçisi, Abşeron rayon İdman və Gənclər idarəsinin rəisi Əsgər Əmrəliyev Xocalı hadisələrinin ermənilər tərəfindən çoxdan hazırlandığını diqqətə çatdırıb: “Təcrid vəziyyətinə düşmüş Xocalıya sonuncu helikopter 1992-ci il yanvar ayının 28-də enib, Şuşa səmasında çoxsaylı insan tələfatına səbəb olmuş helikopterin vurulması ilə şəhərlə hava əlaqəsi də kəsilib, yanvarın 2-dən etibarən şəhərin elektrik enerjisi təchizatını dayandırılıb. Belə bir şəraitdə xocalılılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayıb və müdafiə olunublar. Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılıb”.

Tədbirdə Kollecin "Yaradıcılıq mərkəzi"nin hazırladıqları "Xocalı harayı" tamaşası göstərilib, şeirlər, musiqilər səsləndirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində çəkilən “Xocalı Nişanəsi” bədii-sənədli qısametrajlı filmi də göstərilib. BDU-nun tələbəsi, “Folklor dərnəyi”nin üzvü Səbinə Cəlilova “Bayatı-Şiraz” muğamını kanonda, Qara Qarayev adına 8 nömrəli onbirillik Musiqi Məktəbinin şagirdi Almaz Məmmədova “Sarı gəlin” mahnısını kamançada, 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri “Xocalı” mahnısını xorda ifa ediblər. Eləcə də İnkişaf Mərkəzinin və Kollecin tələbələrinin rəsm əsərləri nümayiş etdirilib.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR