SON DƏQİQƏ

bdih-kollec.edu.az

5 mart BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə "Bəşəriyyət qadınla yüksələcək" adlı tədbir keçirilib

6-03-2022, 18:01

5 mart BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə "Bəşəriyyət qadınla yüksələcək" adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan kollecin direktoru professor Səhər Orucova Azərbaycan qadınının tarix boyu şərəf və ləyaqətini uca tutaraq öz mübarizliyi ilə tanındığını, Vətənin müdafiəsində, dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirdiyini qeyd edərək Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən olduğunu söyləyib: "Ulu öndərin yolunu yeni meyarlarla zənginləşdirərək yüksək səviyyədə davam etdirən Prezident İlham Əliyev dövlət qadın siyasətinin daha böyük nailiyyətlərlə icrasını təmin edib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bu və ya digər sahələrdə böyük layihələrin uğurla icrası da qadınlar üçün stimul və nümunədir ".
Digər çıxışçı kollecin müəllimi Aynurə Qurban 8 Martın tarixinə nəzər yetirərək bu bayramı iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günü hesab edərək diqqətə çatdırıb, lap qədimdən xalqımızın qadına olan ehtiramından bəhs edib. Kollecin Həmkarlar Komitəsinin sədri Tamara Rüstəmova Azərbaycan qadının nüfuzunu, şərəfini göyə qaldıran qadınlarımızın adlarının hər zaman böyük iftixarla çəkildiyini söyləyərək Azərbaycan tarixində ilklərə imza atan, eləcə də Vətən uğrunda canından keçən şəhid qadınların adlarını çəkib. Təbirin bədii hissəsində "Yaradıcılıq Mərkəzi"nin hazırladıqları "O olmasın, bu olsun" filmindən bir epizodu, H.Cavidin "Qız məktəbində" süjetli şeirini səhnələşdiriblər. "Naz eləmə" rəqsi Rəqs dərnəyinin üzvləri tərəfindən oynanılıb. Tədbirdə tələbələrin ifasında 3 dildə- Azərbaycan, rus, ingilis dilində şeirlər səsləndirilib. Tədbirdə tələbələr və gənc müğənnilər Erkin Nozari və Seymur Məmmədov mahnılar ifa ediblər.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR