SON DƏQİQƏ

bdih-kollec.edu.az

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə "Yeddi gözəlin xonçası" adlı Novruz şənliyi keçirilib

17-03-2022, 20:04

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec və BDU-nun Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş "Yeddi gözəl xonçası" adlı tədbir keçirilib. Direktor professor Səhər xanım Orucova bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, xalqımızın milli dəyərlərə önəm verməsi baxımından Novruzun keçirilməsinin əhəmiyyətini vurğulayıb. Ümummilli Lider Heydər Əliyevin bayramın dövlət səviyyəsində qeyd olunması məqsədi ilə atdığı mütərəqqi addımları qeyd edən direktor prezident İlham Əliyevin hər il dövlət səviyyəsində keçirilən Novruz şənliklərində iştirak etməsini, xalqımıza təbrik ünvanlamasını, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehribanın xanım Əliyevanın Novruz bayramının beynəlxalq müstəvidə tanıdılmasını, təbliğini və qeyd edilməsini bayrama olan dövlət qayğısı kimi xarakterizə edib.
Sonra Filologiya fakültəsinin dekanı dosent Elçin Məmmədov Novruzun milli-mənəvi dəyərlərə malik ənənələrinin yaşadılmasında dövlətin diqqət və qayğısından söz açmaqla yanaşı, BDU-nun, xüsusilə, Filologiya fakültəsinin bu yöndə gördüyü işlərdən danışıb. Kollecin və universitetin tələbələrinin hazırladıqları yeddi regionda - Naxçıvan, Qarabağ, İrəvan, Gəncə, Şirvan, Lənkəran, Bakıda Novruz bayramının qeyd olunmasını əks etdirən səhnəciklər, adət-ənənələr nümayiş etdirilib. Tələbələrinin təqdimatında "İrəvanda xal qalmadı", "Qarabağ", "Novruz" mahnıları, eləcə də haxıştalar ifa olunub, kanonda, gitarada musiqilər səsləndirilib. "Nəsimi" baletindən bir parça, "Arşın mal alan" filmindən olan rəqs, "Şərur yallısı" oynanılıb. Tədbirdə tələbələrin hazırladıqları xonçalar, çəkdiyi rəsmlər nümayiş etdirilib, "Xonça" müsabiqəsində 3 yerin qalibi seçilib. Sonda tədbir iştirakçıları bayram tonqalı ətrafında yallı gedib.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR