13:03 - BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə "Özgüvən"adlı elmi seminar..
06:06 - Narınc psixoloji mərkəzdə açıq dərs..
08:54 - 10.05.2022-ci il tarixində BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə..
18:05 - Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Təhsil..
18:01 - BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollec və Bakı Dövlət..
17:47 - Ümummilli lider Heydər Əliyevin 99 illik yubileyi münasibətilə BDU-nun..
17:38 - "Sən elə bir zirvəsən" adlı Respublika ifa müsabiqəsinin finalçılarının..
17:30 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec ilə..
12:45 - “İnsan alverinə qarşı mübarizə sahəsində maarifləndirmə” mövzusunda tədbir..
13:07 - 13.04.2022 tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və..
12:50 - 07.04.2022 ci il tarixində BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə..
08:30 - 08.04.2022-ci ildə BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Kollecin..
20:09 - 31 mart 2022-ci il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat..
20:04 - BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə "Yeddi gözəlin xonçası"..
20:02 - İlaxır çərşənbəsi qeyd olunur..
31 mart 2022-ci il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 31 Mart Soyqırımı ilə bağlı tədbir keçirilib.
31 mart 2022-ci il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 31 Mart Soyqırımı ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Kollecin direktoru professor Səhər Orucova çıxışında bu hadisələri əslində bolşeviklərin daşnaklarla birlikdə həyata keçirdikləri milli qırğın kimi qiymətləndirib: "Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işinə yalnız müstəqillik əldə edildikdən sonra Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı tarixi “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilib.
Bu sahədə aparılmış araşdırmalar nəticəsində yeni faktlar və sənədlər toplanılıb. Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyev də bu məsələyə xüsusi diqqət ayırıb". Kollecin tarix müəllimləri Aynur Əkbərova və Kərəm Quliyev arxiv sənədlərinə əsaslanaraq bu soyqırımın tarixindən söz açıblar. Kollecin 510, 279, 280-cı qrupunun tələbələri tarixi faktları səsləndiriblər. Tələbələr Axundzadə Jalə, Babazadə Samirə, Hacıyeva Səidə, Əliyeva Səriyyə, Mustafayeva Aysun mövzu ilə bağlı şeirlər söyləyiblər. "Soya qayıdış" adlı kiçik tamaşa tələbələr Taleh, Ceyhun, Səma və Vəfa tərəfindən oynanılıb. Ələkbərli Şahrul qarmonda "Bayatı-şiraz" mahnısını ifa edib. Tədbirdə mövzu ilə bağlı video-çarxlar nümayiş etdirilib.