SON DƏQİQƏ

bdih-kollec.edu.az

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində Yeni il şənliyi keçirilib

26-12-2016, 13:08

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il şənliyi keçirildi. Gənc müğənni Çingiz Mustafayev gənclərdən ibarət qrupla kollecin qonağı oldu. Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Ruxsarə Əliyeva çıxış edərək Dünya azərbaycanlıarının həmrəylik günü və Yeni il münasibətilə kollecin müəllim və tələbə heyyətini təbrik etdi. Direktor qeyd etdi ki, Azərbaycan dünyada multikulturalizm mərkəzi kimi tanınır. Azərbaycan sivilizasiyalararası bir körpüdür. Həm coğrafi, həm siyasi, həm bütün başqa cəhətlərdən Azərbaycan nadir bir ölkədir. Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Əminəm, dünyada yaşayan bütün azərbaycanlılar haqlı olaraq fəxr edirlər ki, bu gün qüdrətli, müstəqil Azərbaycan dövləti vardır. Müstəqillik bizim üçün ən böyük xoşbəxtlikdir, ən böyük sərvətdir. Biz 23 ildir ki, müstəqilik və müstəqil siyasət aparırıq. Milli maraqlar, milli dəyərlər üzərində qurulmuş bu müstəqil siyasət bugünkü Azərbaycan reallıqlarını təmin edir. Bu gün Azərbaycan dinamik, sürətlə inkişaf edən ölkədir. Azərbaycan demokratiya, azadlıq, müstəqillik, tərəqqi, inkişaf yolu ilə uğurla gedən ölkədir. Əminəm, dünyada yaşayan bütün azərbaycanlılar fəxr edirlər ki, bu gün dünya xəritəsində Azərbaycan kimi dövlət var, öz sözünü deyir, deyəcək və bizim uğurlu inkişafımız bundan sonra da təmin ediləcəkdir. Çıxışının sonunda R. Əliyeva ölkə prezidenti Cənab İlham Əliyevi ad günü münasibətilə təbrik edərək, prezidentimizə cansağlığı və uğurlar arzuladı.
Sonra kollecin tələbələri mahnılar oxuyub, rəqs etdilər. İnsan ömrünün gözəl çağı olan tələbəçilik və gənclik unudulmaz xatirələrlə dolu bayram tədbiri sona çatdı.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR