SON DƏQİQƏ

bdih-kollec.edu.az

13.04.2022 tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə "Narkomaniya ümümbəşəri bəladır" mövzusunda tədbir keçirilib

14-04-2022, 13:07

13.04.2022 tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə "Narkomaniya ümümbəşəri bəladır" mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan kollecin direktoru professor Səhər Orucova bunun önəmini vurğulayaraq, problemin insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu qeyd edib və Azərbaycanda narkomaniya ilə mübarizədə cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsinin prioritet önəm kəsb etdiyini söyləyib: "Azərbaycan Respublikası hələ 1992-ci ildə BMT-nin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasına (1988-ci il tarixli) qoşulmuşdur. Ulu öndər Heydər Əliyev bu bəlanın təkcə cəmiyyət üçün deyil, bütövlükdə dövlətin gələcəyi üçün təhlükə olduğunu nəzərə alaraq, 1996-cı il avqustun 26-da “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında” Fərman imzalamışdır. Fərmana əsasən, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışıdır.Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial siyasətin mühüm istiqamətini əhalinin sağlamlığının, milli genefondun qorunması sahəsində fəaliyyət təşkil edir". Tədbirdə iştirak edən Abşeron rayon icra Hakimiyyəti başçısının müavini Gülnar Rehimova, Abşeron Rayon Polis İdarəsinin rəis müavini polis polkovniki Elçin Rəcəbov, Abşeron Rayon Polis İdarəsinin rəis köməkçisi polis polkovnik-leytenantı Yaşar Məmmədov, Bakı Mühəndislik Universitetinin Ümumi fənlər kafedrasının müdiri Bilal Dadayev, Abşeron Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktika işin teşkili qrupunun baş inspektoru polis mayoru Elbrus Əhmədov, Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, Abşeron Rayon Polis İdaresinin Narkotiklə mübarizə qrupunun baş əməliyyat müvəkkili polis mayoru İbrahim Məmmədov, Abşeron Rayon Təhsil Şöbəsinin müdir əvəzi Pərviz Əhmədov, Abşeron rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmrəliyev, Abşeron rayon Mərkəzi Xəstəxanasının həkimi Vəfa Abdullayeva, Abşeron Rayon Polis idarəsinin Veteranlar Şurasının sədri İsa İslamov mövzu ilə bağlı çıxışlar edərək narkotikanın fəsadlarından danışıblar. Kollecin müəllim və tələbə heyətini maraqlandıran suallar ətraflı cavablandırılıb. Eyni zamanda "Narkomaniya - ölümə aparan qısa yol" adlı videoçarx nümayiş etdirilib.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR