13:03 - BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə "Özgüvən"adlı elmi seminar..
06:06 - Narınc psixoloji mərkəzdə açıq dərs..
08:54 - 10.05.2022-ci il tarixində BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə..
18:05 - Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Təhsil..
18:01 - BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollec və Bakı Dövlət..
17:47 - Ümummilli lider Heydər Əliyevin 99 illik yubileyi münasibətilə BDU-nun..
17:38 - "Sən elə bir zirvəsən" adlı Respublika ifa müsabiqəsinin finalçılarının..
17:30 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec ilə..
12:45 - “İnsan alverinə qarşı mübarizə sahəsində maarifləndirmə” mövzusunda tədbir..
13:07 - 13.04.2022 tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və..
12:50 - 07.04.2022 ci il tarixində BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə..
08:30 - 08.04.2022-ci ildə BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Kollecin..
20:09 - 31 mart 2022-ci il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat..
20:04 - BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə "Yeddi gözəlin xonçası"..
20:02 - İlaxır çərşənbəsi qeyd olunur..
“İnsan alverinə qarşı mübarizə sahəsində maarifləndirmə” mövzusunda tədbir keçirilib
Bakı Dövlət Universitetinin nəzdinə İqtisadiyyat və Humanitar Kollecdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə tədbirlər planına uyğun olaraq, “İnsan alverinə qarşı mübarizə sahəsində maarifləndirmə” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru professor Səhər Orucova insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyi və əhəmiyyəti haqqında danışaraq dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirildiyini qeyd edib: “Azərbaycanda insan alveri ilə ciddi mübarizə aparılır. Prezident cənab İlham Əliyevin sərəncamları ilə təsdiq edilmiş “İnsan alverinə qarşı mübarizəyə dair” Milli Fəaliyyət Planının qəbul edilməsi bu istiqamətdə irəliyə atılan ciddi addımlardandır. Daxili İşlər Nazirliyi insan alverinə qarşı mübarizədə qabaqcıl qurumdur”. Səhər xanım bildirib ki, bu sahədə gənclərin məlumatlılığını artırmaq, mövcud risklərin qarşısını almaq, müəyyən olunmuş qaydalar, prosedur və şərtlərlə tanış etmək önəmlidir. Tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenentı Emin Əsədov çıxış edərək insan alverinin bəşəriyyətin qlobal problemlərindən biri olduğunu bildirərək dövlətimizin insan alverinə qarşı apardığı mübarizə tədbirləri və bu sahədə mövcud qanunvericiliklərlə bağlı zəruri məlumatlar verib: “Son illər respublikamızda insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilib, bu sahədə maarifləndirmə işləri aparılır. Daha effektiv nəticələrin əldə olunması üçün vətəndaşların insan alveri ilə mübarizədə hüquq-mühafizə orqanlarının yanında olmalıdır”. Polis polkovnik-leytenentı Emin Əsədov insan alveri cinayətinin törədilmə formalarından da bəhs edərək real hadisələrdən danışıb və insan alveri faktları ilə qarşılaşdıqda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin nəzdində 24 saat ərzində pulsuz fəaliyyət göstərən 152 qaynar xətt telefon xidmətinə müraciət etmələri barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İctimai Şuranın üzvü Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mehriban Abdullayeva insan alveri faktlarından bəhs edərək tədbir iştirakçılarına Azərbaycan Respublikası daxilində və ya hüdudlarından kənarda onlara və ya onların yaxınlarına, dostlarına, qohumlarına qarşı insan alveri cinayətinin törədilməsinə yol verməmək üçün bir sıra tövsiyələrini verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.