SON DƏQİQƏ

bdih-kollec.edu.az

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec ilə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsi arasında əlaqələr genişlənir.

11-05-2022, 17:30

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec ilə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsi arasında əlaqələr genişlənir. Layihə çərçivəsində Kitabxanaçılıq-informasiya fakültəsinin Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, dosent Nadir İsmayılov İqtisadiyyat və Humanitar Kollecdə “Kitabxana-informasiya təminatı”, “Arxiv işi və kargüzarlıq” ixtisasları üzrə təhsil alan tələbələrə “Müasir cəmiyyətdə informasiya fəaliyyətinin rolu” mövzusunda ustad dərsi keçib. Tədbiri giriş sözü ilə açan BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru professor Səhər Orucova Universitetin Kitabxanaçılıq-informasiya fakültəsinin yaranma tarixindən bəhs edərək bu cür tədbirlərin önəmini vurğulayıb: “Azərbaycanda ali kitabxanaçılıq təhsili 1947/48-ci tədris ilində formalaşıb. Həmin tədris ilində Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Kitabxanaçılıq yaradılıb. 1962-ci ildə müstəqil fakültə olaraq təşkil olunub. Bakı Dövlət Universitetinin peşəkar kadr hazırlığı sistemində Kitabxanaçılıq-informasiya fakültəsi həmişə xüsusi yeri və mövqeyi ilə seçilib”.

Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı dosent Ələmdar Cabbarlı müasir dövrdə elm və təhsilin inkişafında kitabxanaçılıq sahəsinin önəmli rol oynadığını qeyd edərək bu cür layihələrin davamlı olacağını söyləyib: “Kollec ilə Kitabxanaçılıq-informasiya fakültəsi arasında əlaqələrin davam etdirilməsi, kollecdə mütəmadi olaraq mühazirələrin təşkili, tələbələrin tədris vəsaitləri ilə təminatında fakültənin iştirakı, birgə konfransların, kütləvi tədbirlərin keçirilməsi gələcək planlarımız arasındadır”.

Əsas məruzəçi Nadir İsmayılov əvvəlcə BDU-da artıq ənənə halını almış ustad dərsləri barədə məlumat verib, İqtisadiyyat və Humanitar Kollecdə ustad dərslərinin təşkilini yüksək dəyərləndirib. Mühazirədə mövcud sahə üzrə kadr hazırlığının tarixi, müasir vəziyyəti və gələcəyinə dair innovativ elmi paradiqmalar təhlil edilib. Qlobal informasiya mühitinin formalaşması şəraitində sahə üzrə kadr hazırlığına verilən tələblər, əmək bazarının rəqabətədavamlı mütəxəssislərlə təminatı sahəsində qarşıda duran vəzifələr konseptual şəkildə izah olunub. Natiq BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin bu prosesdəki tarixi təcrübəsini və ənənələrini vurğulayaraq, kolleclə mütəmadi əlaqələrin vacibliyini diqqətə çatdırıb. Mühazirədə həmçinin qlobal informasiya mühitində dünya və Azərbaycan təcrübəsinə əsaslanmaqla informasiya cəmiyyəti quruculuğu, bu prosesdə kitabxanaçılıq və informasiya fəaliyyətinin rolu ilə bağlı təhlillər aparılıb, mövcud sahədə dövlət siyasətinin prioritetləri şərh olunub. Ustad dərsi iştirakçıların xüsusi marağına səbəb olub, tələbə və müəllimlərin çoxsaylı sualları məruzəçi tərəfindən cavablandırılıb.
Gulnar Axundova


Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec ilə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsi arasında əlaqələr genişlənir.
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec ilə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsi arasında əlaqələr genişlənir.
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec ilə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsi arasında əlaqələr genişlənir.
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec ilə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsi arasında əlaqələr genişlənir.
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec ilə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsi arasında əlaqələr genişlənir.
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec ilə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsi arasında əlaqələr genişlənir.
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec ilə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsi arasında əlaqələr genişlənir.
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec ilə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsi arasında əlaqələr genişlənir.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR