SON DƏQİQƏ

bdih-kollec.edu.az

27 may 2022-ci il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib.

28-05-2022, 17:39

27 may 2022-ci il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib. Tədbir himn ilə başlayıb. Sonra müstəqil Azərbaycan üçün zəhmət çəkənlərin, canından keçənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru Səhər Orucova Azərbaycan Xalq Cumhuriyyətinin tariximizdəki əhəmiyyətindən bəhs edərək 23 ay ərzində ölkə həyatının müxtəlif sahələri ilə yanaşı, təhsilə önəm verildiyini, Bakı Dövlət Universitetinin məhz o zamanda yarandığını qeyd edib. Azərbaycan dövlətinin Cümhuriyyət tarixi və dəyərlərinə böyük ehtiramla yanaşdığını vurğulayan direktor Ümummilli lideri Heydər Əliyevin müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını dəfələrlə bəyan etdiyini söyləyib: “Ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında, Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları, eləcə də Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamlar milli dövlətçilik tariximizə diqqət və qayğının bariz göstəricisidir”. Tədbirdə kollecin tələbələri vətənpərvərlik mövzusunda mahnılar, şeirlər səsləndirib, milli rəqslər ifa ediblər. Tələbələrin hazırladıqları video-çarxlar, rəsm əsərləri nümayiş etdirilib.

27 may 2022-ci il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib.
27 may 2022-ci il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib.
27 may 2022-ci il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib.
27 may 2022-ci il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib.
27 may 2022-ci il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib.
27 may 2022-ci il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib.
27 may 2022-ci il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib.
27 may 2022-ci il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib.
27 may 2022-ci il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR