SON DƏQİQƏ

bdih-kollec.edu.az

14 iyun Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin Heydər Əliyev muzeyində 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib.

15-06-2022, 12:52

14 iyun Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin Heydər Əliyev muzeyində 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib. Tədbir himn və Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Səhər Orucova bu günü dövlətçilik tariximizin şanlı səhifəsi hesab edərək Ümummilli Lider Heydər Əliyevin özünəməxsus siyasi idarəetmə qabiliyyətindən, əzmindən danışıb, Azərbaycan xalqının 1990-cı illər böhranından onun sayəsində çıxdığını vurğulayıb: "Ölkəmizin inkişaf strategiyası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən alternativi olmayan siyasət ilə müəyyənləşdirilib.
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasət və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır". Kollecin müəllimi, Azərbaycan dili və ədəbiyyatı FBK-sının rəhbəri Aynurə Qurban "Xilaskarın yolu" adlı məruzəsi ilə çıxış edərək o dövrün siyasi problemlərinə işıq salıb: "Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və sonrakı illərdə onu həyata keçirib. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrilib". Kollecin tələbəsi Eyubov Kamran "Heydər Əliyevin gənclər siyasəti" adlı məruzə ilə çıxış edib, Ulu Öndərin qayıdışı ilə bağlı şeir səsləndirib.

14 iyun Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin Heydər Əliyev muzeyində 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib.
14 iyun Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin Heydər Əliyev muzeyində 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib.
14 iyun Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin Heydər Əliyev muzeyində 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib.
14 iyun Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin Heydər Əliyev muzeyində 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib.
14 iyun Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin Heydər Əliyev muzeyində 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR