SON DƏQİQƏ

bdih-kollec.edu.az

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Məzun Günü tədbiri keçirilib

2-07-2022, 13:32

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Məzun Günü tədbiri keçirilib. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb, ardınca Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirin aparıcıları Azərbaycan, rus və ingilis dillərində Kollecin tarixi barədə məlumat veriblər. Kollecin direktoru Səhər Orucova tədbirdə çıxış edərək əlamətdar gün münasibətilə məzunları, onların valideynlərini təbrik edib, ölkəmizdə elmə, təhsilə verilən dəyərdən danışıb: “Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı xidmətləri misilsizdir. Ümummilli Liderin layiqli davamçısı, Prezident cənab İlham Əliyev də elm, təhsil sahəsinə hər zaman diqqət və qayğı göstərmişdir. Onu da qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondu və bu fondun prezidenti, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva daima təhsilin inkişafına böyük töhfələr verməkdədir”. Kollecin direktoru 2021-2022-ci tədris ilində aparılan islahatlardan, nailiyyətlərdən danışıb. Bakı Dövlət Universitetinin prorektoru Əliş Əlimirzəyev Kollecin gördüyü işləri, universitet ilə olan sıx əməkdaşlığı yüksək qiymətləndirərək məzunların gələcəkdə bacarıqlı mütəxəssis kimi ölkəmizin tərəqqisində, cəmiyyətin inkişafında mühüm rol oynayacaqlarına əmin olduğunu bildirib. Kollecin şöbə müdiri İradə Xudiyeva çıxışında məzunlara bəslənən ümidləri öz əməlləri ilə doğrultmaqlarını məsləhət görüb, onlara uğurlar diləyib. Tədbirdə məzunların hazırladıqları video-çarxlar nümayiş etdirilib. Kollecin ictimai-mədəni, kütləvi tədbirlərində, eləcə də təhsildə fərqlənən bir qrup məzuna təşəkkürnamələr verilib. Rəsmi hissənin sonunda xatirə şəkli çəkilib, papaqlar və göyərçinlər havaya atılıb. Bədii hissədə məzunların, tələbələrin hazırladıqları kompazisiyalar, Türkanə Bayramovanın bədii rəhbərliyi ilə Şuşa Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Buta” qrupu rəqs, Coşqun Sadiqovun rəhbərlik etdiyi FHN-nin karate qrupu nümunəvi çıxış nümayiş etdirib. “Marry-Band” qrupu, kollecin tələbəsi Samirə Məmmədova, gənc müğənnilər Vüqar Əlioğlu, İlkin Abbasov, davulda Fuad, kanonda kollecin tələbəsi Aygün Nağıyeva mahnılar səsləndirib.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR