SON DƏQİQƏ

bdih-kollec.edu.az

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib

28-09-2022, 06:48

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib. Tədbir himn və 1 dəqiqəlik sükutla başlayıb. Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Səhər Orucova 2020-ci il sentyabrın 27-də ermənilərin ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda apardığı Vətən müharibəsi və həmin dövrdə xalqımızın göstərdiyi əzmkarlıqdan söz açıb. Kollecin direktoru kollecin məzun şəhidləri Novruz Həsənov, Elgün Muradov, Nicat Səmədov haqqında danışaraq onların timsalında bütün şəhidlərin ruhlarına rəhmət diləyib. Gənclərin Çağırışaqədərki Hazırlığı rəhbəri, ehtiyatda olan polkovnik-leytenant Pərviz Hüseynov Azərbaycan Ordusunun uğurlu hərbi taktikalarından bəhs edərək əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndin işğaldan azad edildiyini , Silahlı Qüvvələrimizin 2907 nəfər hərbi qulluqçusunun həlak olduğunu, 7 nəfərin itkin düşdüyünü, minlərlə hərbçinin isə yaralanaraq sağlamlığını itirdiyini vurğulayıb. Kollecin məzun şəhidi Nicat Səmədovun anası Pərvanə Səmədova oğlunun uşaqlığından, tələbəlik illərindən, arzu-istəklərindən, gələcək planlardan söz açaraq onunla fəxr etdiyini diqqətə çatdırıb. Yaradıcılıq Mərkəzinin sədri Kamran Eyubov şəhidlər haqqında şeir səsləndirib. Tədbirdən sonra kollecin direktoru Səhər Orucova şəhid Nicat Səmədovun ailəsi ilə şəxsən görüşərək təəssüratlarını bölüşüb, onların problem və təkliflərini dinləyib.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR