SON DƏQİQƏ

bdih-kollec.edu.az

"Karyera quruculuğu və gender” mövzusunda seminar

15-10-2022, 17:41

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru Səhər Orucova, Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, RİH-nin əməkdaşları, kollecin müəllim və tələbə kollektivinin iştirak etdikləri seminarda əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Səhər Orucova qonaqları salamlayaraq tədbirin önəmindən danışaraq dövlətimizin gender bərabərliyinə və gənclərin karyerasına ayırdığı diqqəti vurğulayıb:
" Karyera imkanlarına görə ölkəmizdə gender bərabərliyinin mövcud olması, qanunlarımızda da bu məsələ ilə bağlı məhdudiyyətlərin olmaması vacib amillərdəndir.
Ümummilli lider Heydər Əliyevin “Azərbaycanda qadınların rolunun artırılması”, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” imzaladığı sərəncamlar, Dahi Liderin yolu ilə gedən Prezident İlham Əliyevin 2006-cı ildə imzaladığı “Gender - kişi və qadınların bərabərliyi təminatları haqqında” Qanun kişi və qadınların dövlətin idarə olunmasında və qərar qəbul edilməsində bərabər təmsilçiliyinin bariz nümunəsidir. Xüsusilə qeyd etmək lazımdır ki, gender bərabərliyində aparılan islahatlards respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın danılmaz rolu var”.

Görüşdə RİH başçısının müavini G.Rəhimova çıxışında qeyd edib ki, Ulu öndər Heydər Əliyevin və davamçısı cənab Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində qadınların ictimai-siyasi həyata daha fəal transformasiyası, onların idarəetmədə təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Azərbaycanda gender bərabərliyinin təşviq olunması, qadın və qızların inkişafı və əmək fəaliyyəti sahələrinin genişləndirilməsi istiqamətində müvafiq tədbirlər görülüb, güclü qanunvericilik bazası yaradılıb və digər sahələrdə olduğu kimi təhsil və karyera sahəsində də gender bərabərliyi təmin olunub.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron nümayəndəliyinin əməkdaşı Fatimə Koroğluyeva çıxış edərək gənclərə “Gənc Könüllü”, təcrübəçi və üzvlük proqramı haqqında məlumat verib, onları bu proqramlara qoşulmağa dəvət edib.

Sonra “Karyera Akademiyası” təlim proqramı çərçivəsində, GİKM-in Abşeron nümayəndəliyinin təlim və tədris üzrə mütəxəssisi Nigar Abdullazadə tərəfindən gənclərə “Gender nədir?”, “Gender rolları nələrdir?” və “Gender rolları karyera quruculuğuna necə təsir edir?”, “CV”, “Müsahibə bacarıqları”, “Korporativ yazışmalar” və.s mövzuları barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.


"Karyera quruculuğu və gender” mövzusunda seminar
"Karyera quruculuğu və gender” mövzusunda seminar
"Karyera quruculuğu və gender” mövzusunda seminar
"Karyera quruculuğu və gender” mövzusunda seminar
"Karyera quruculuğu və gender” mövzusunda seminar
"Karyera quruculuğu və gender” mövzusunda seminar
"Karyera quruculuğu və gender” mövzusunda seminar
"Karyera quruculuğu və gender” mövzusunda seminar

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR