SON DƏQİQƏ

bdih-kollec.edu.az

Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecində “Müasir köləliyə biganə qalma!” mövzusunda maarifləndirici tədbir keçirilib

4-11-2022, 16:13

Abşeronda “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Abşeron Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecində “Müasir köləliyə biganə qalma!” mövzusunda maarifləndirici tədbir keçirilib
Abşeron RİH-nin və Ədliyyə Nazirliyinin əməkdaşlarının, QHT üzvlərinin, kollecin müəllim və tələbə kollektivinin iştirak etdikləri tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Maarifləndirici tədbirdə Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İB-nin sədri Mehriban Abdullayeva, Abşeron RİH-nin əməkdaşı İlahə Eyvazova, Ədliyyə Nazirliyi, İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin aparıcı məsləhətçisi Səid Mirzəyev, djb.az saytının baş redaktoru Almaz Əhmədova, ziyalı, ekspert Fəridə Haqverdiyeva, layihənin psixoloqu Könül Əhmədova və digər natiqlər çıxış edərək bildiriblər ki, layihənin məqsədi İnsan Alveri ilə dövlətimizin yeritdiyi siyasətə, gördüyü işlərə ictimai dəstək göstərmək, gənclərinin internet üzərindən insan alveri qurbanına çevrilməsinin qarşısını almaqdır. Qeyd edilib ki, maarifləndirici layihənin keçirilməsində əsas məqsəd İnsan alverinin qarşısının alınması məqsədi ilə müvafiq sosial təbəqələr üzrə, əsasən də gənclər arasında maarifləndirmə və təbliğat işinin təşkil edilməsi, insan alveri qurbanlarını gözləyən təhlükə, təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə məlumatlandırma işini həyata keçirməkdir .
Sonda mövzu ilə bağlı kollecin müəllim və tələbə kollektivini maraqlandıran suallar cavablandırılıb, eyni zamanda ictimaiyyətin diqqətinin problemin həllinə cəlb olunması məqsədilə hazırlanmış maarifləndirici kitabçalar paylanılıb.
Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecində “Müasir köləliyə biganə qalma!” mövzusunda maarifləndirici tədbir keçirilib
Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecində “Müasir köləliyə biganə qalma!” mövzusunda maarifləndirici tədbir keçirilib
Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecində “Müasir köləliyə biganə qalma!” mövzusunda maarifləndirici tədbir keçirilib
Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecində “Müasir köləliyə biganə qalma!” mövzusunda maarifləndirici tədbir keçirilib
Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecində “Müasir köləliyə biganə qalma!” mövzusunda maarifləndirici tədbir keçirilib
Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecində “Müasir köləliyə biganə qalma!” mövzusunda maarifləndirici tədbir keçirilib
Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecində “Müasir köləliyə biganə qalma!” mövzusunda maarifləndirici tədbir keçirilib
Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecində “Müasir köləliyə biganə qalma!” mövzusunda maarifləndirici tədbir keçirilib

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR