07:23 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 20..
16:16 - 28 dekabr Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar..
15:13 - 12 dekabr Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar..
17:05 - Torpaqşünaslıq və torpağın mühafizəsi fənnindən "Dəmir yumruq" adlı bilik..
21:17 - "Özünü sev" adlı elmi seminar..
07:28 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 8..
16:13 - Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecində “Müasir..
05:37 - BDU-da Hüseyn Cavidin 140 illiyinə həsr olunmuş “Zamanın sınağında” adlı elmi..
17:40 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 18..
17:41 - "Karyera quruculuğu və gender” mövzusunda seminar..
17:26 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin..
17:20 - Dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir, həm də bunu tələffüz edir..
06:48 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 27..
09:12 - 14 sentyabr 2022-ci il tarixində BDU-nun nəzdində İqtisadiyyat və Humanitar..
10:44 - 6-8 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində 4-cü Azərbaycan Beynəlxalq..
12 dekabr Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Anım tədbirində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kollecin direktoru Səhər Orucova Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətindəki siyasətindən, eləcə də milli-mənəvi dəyərlərə olan qayğısından söz açıb: “Ümummilli Lider Heydər Əliyevin siyasi və ictimai görüşlərinin sayəsində milli-mənəvi və əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz bütün istiqamətlərdə qorunmuşdur. Heç şübhəsiz ki, onun müdriklik fəlsəfəsinin əsasında da məhz milli-mənəvi dəyərlərimiz dayanır. Ulu Öndərin hakimiyyət illərinə diqqət yetirsək, onun siyasətinin mənəvi əsaslarını təşkil edən başlıca prinsipləri müxtəlif istiqamətlərdə qruplaşdıra bilərik”. Ümummilli Liderin Azərbaycan tarixindəki əvəzolunmaz rolundan bəhs edən Səhər Orucova bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və əzmlə davam etdirildiyini diqqətə çatdırıb.
BDU-nun Filologiya fakültəsi Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Könül Həsənova Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün həyata keçirdiyi layihələrdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki xidmətlərindən, eləcə də təhsilə, gəncliyə verdiyi dəyərdən bəhs edib.
Tədbirdə Kollecin “Yaradıcılıq Mərkəzi”nin üzvlərinin hazırladığı videoçarxlar nümayiş olunub, Ümummilli Liderə həsr olunan şeirlər səsləndirilib.
-