SON DƏQİQƏ

bdih-kollec.edu.az

Xocalı faciəsinin 25-ci ildönümü

1-03-2017, 06:34

 Xocalı faciəsinin 25-ci ildönümü

24.02.2017 ci il tarixində Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Kollecin foyesində sərgiyə baxışla başlayan tədbir akt zalında davam etmişdir. Xocalı soyqırımında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Kollecin direktoru Rüxsarə Əliyeva ən qəddar və amansız terror hadisələrindən biri olan Xocalı soyqırımı haqqında geniş məruzə ilə çıxış edərək qeyd etdi ki, Xocalı Soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırım siyasətinin qanlı səhifəsidir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini xüsusilə uşaqları, qadınları, qocaları ağlasığmaz vəhşiliklə öldürüblər.Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı haqqında həqiqətləri dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırmışdır. Sonra Kollecin tarix müəlliməsi Humay Məmmədova Xocalı soyqırımı ilə bağlı fikirləri bölüşərək , faciəni tarixi fakt və sənədlərlə izah etmişdir.Tədbir tələbələrin Xocalı faciəsinə həsr olunmuş şeirləri səsləndirmələri və “Xoca” filminin nümayişi ilə davam etmişdir.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR