07:23 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 20..
16:16 - 28 dekabr Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar..
15:13 - 12 dekabr Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar..
17:05 - Torpaqşünaslıq və torpağın mühafizəsi fənnindən "Dəmir yumruq" adlı bilik..
21:17 - "Özünü sev" adlı elmi seminar..
07:28 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 8..
16:13 - Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecində “Müasir..
05:37 - BDU-da Hüseyn Cavidin 140 illiyinə həsr olunmuş “Zamanın sınağında” adlı elmi..
17:40 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 18..
17:41 - "Karyera quruculuğu və gender” mövzusunda seminar..
17:26 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin..
17:20 - Dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir, həm də bunu tələffüz edir..
06:48 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 27..
09:12 - 14 sentyabr 2022-ci il tarixində BDU-nun nəzdində İqtisadiyyat və Humanitar..
10:44 - 6-8 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində 4-cü Azərbaycan Beynəlxalq..
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Vətənin müstəqilliyi və suverenliyi uğrunda canından keçən oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru Səhər Orucova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisələrdən, xalqın mübarizə əzmindən, həmin dövrün siyasi mənzərəsindən söz açıb. Direktor Ulu Öndər Heydər Əliyevin 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına baxmayaraq, həyatını təhlükə qarşısında qoymaqla, öz ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdiyini diqqətə çatdırıb.
ADPU-nun Elmi Tədqiqat Mərkəzinin elmi işçisi, əməkdar müəllim Zülfiyyə Vəliyeva həmin dövrün faciəli hadisələrindən bəhs edərək bu günün Azərbaycan xalqının yaddaşında qanlı bir səhifə kimi qalmaqla bərabər, həm də qürur günü kimi daxil olduğunu vurğulayıb, şəhid anaların, həyat yoldaşlarının şücaətindən danışıb. Şəhid Yanvar Nəsirovun yoldaşı, BDU-nun "Dədə Qorqud" ETL-nin müdiri Almara Nəbiyeva 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı məqsədli qırğın, soyqırımı kampaniyasının bir halqası olduğunu vurğulayıb. Kollecin Tələbə Gənclər Təşkilatının üzvləri 20 Yanvar faciəsi ilə bağlı şeirlər, musiqilər səsləndiriblər. Həmin faciəni əks etdirən "Qəhrəmanlar ölməz" səhnəciyi canlandırılıb.