SON DƏQİQƏ

bdih-kollec.edu.az

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Xocalı faciəsinə həsr edilən tədbir keçirilib.

9-03-2023, 10:18

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Xocalı faciəsinin 31-ci ildönümünə həsr edilən tədbir keçirilib. Himn ilə başlayan tədbirdə Xocalı qurbanları və Qarabağ uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözlə açan kollecin direktoru Səhər xanım Orucova Xocalı faciəsi ilə bağlı məlumat verərək qeyd edib ki, bu soyqırım xalqımızın sağalmayan yaralarındandır və gələcək nəsillərə ötürülməlidir: “Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib və fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunub. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə Xocalı soyqırımının tanıdılması istiqamətində ardıcıl iş aparılır". Tədbirdə iştirak edən Xocalı sakini Vidadi Hüseynov ailəsinin, qohumlarının başına gətirilən müsibətdən danışıb:"Günlər öncə təcrid vəziyyətinə düşmüş Xocalıya fevral ayının 25-dən 26-na keçən gecə ermənilər basqın ediblər. Ailəmiz 6 nəfərdən ibarət idi, təkcə mənimlə bacım sağ qalmışıq, digərlərindən xəbər yoxdur, itkin düşüblər". Vidadi Hüseynov 44 günlük müharibədə torpaqlarımızı geri qaytaran cənab Ali Baş Komandan, Prezident İlham Əliyevin xidmətlərindən və oğullarımızın şücaətindən bəhs edərək onlara minnətdarlığını bildirib. Tələbələr Kamran Eyubov və Nurcan Xəlilovanın aparıcılığı ilə baş tutan tədbirdə Xocalı soyqırımı ilə bağlı video-çarxlar, "Yaradıcılıq Mərkəzi"nin Teatr dərnəyinin hazırladıqları "Günahsızların ölümü", "Bir şəhid ailəsinin hekayəsi" adlı səhnəciklər göstərilib, şeirlər səsləndirilib.Tərbirdə 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin rəsm əsərləri, Abşeron rayon Mərkəzi Kitabxanasının Xocalı faciəsini əks etdirən kitabları nümayiş etdirilib.

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Xocalı faciəsinə həsr edilən tədbir keçirilib.
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Xocalı faciəsinə həsr edilən tədbir keçirilib.
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Xocalı faciəsinə həsr edilən tədbir keçirilib.
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Xocalı faciəsinə həsr edilən tədbir keçirilib.
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Xocalı faciəsinə həsr edilən tədbir keçirilib.
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Xocalı faciəsinə həsr edilən tədbir keçirilib.
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Xocalı faciəsinə həsr edilən tədbir keçirilib.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR