12:10 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə “Türk..
19:23 - 09.03.2023-cü il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və..
10:32 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə..
10:22 - BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Xocalı faciəsinə həsr..
10:21 - BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Xocalı faciəsinə həsr..
10:18 - BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Xocalı faciəsinə həsr..
07:23 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 20..
16:16 - 28 dekabr Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar..
15:13 - 12 dekabr Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar..
17:05 - Torpaqşünaslıq və torpağın mühafizəsi fənnindən "Dəmir yumruq" adlı bilik..
21:17 - "Özünü sev" adlı elmi seminar..
07:28 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 8..
16:13 - Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecində “Müasir..
05:37 - BDU-da Hüseyn Cavidin 140 illiyinə həsr olunmuş “Zamanın sınağında” adlı elmi..
17:40 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 18..
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə “Türk xalqlarında Novruz – 2023” adlı tədbir keçirilib.
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə “Türk xalqlarında Novruz – 2023” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və Ulu Öndərimizin, Vətənimizin suverenliyi, azadlığı uğrunda canından keçənlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Kollecin direktoru Səhər Orucova Novruzun adət-ənənələrindən danışaraq bu bayramın Sovet dönəmində ləğv olunduğunu və Ulu Öndər Heydər Əliyevin sayəsində 1969-cu ildən Respublikamızda təntənə ilə qeyd olunduğunu vurğulayıb: “Heydər Əliyev İli"ndə keçirilən bu Novruzda Ulu Öndərin bu bayrama verdiyi önəmi xüsusi vurğulamaq lazımdır. Ümummilli lider Heydər Əliyevin bəşəri ideyalarının layiqli davamçısı respublika Prezidenti İlham Əliyev də yüksək mənəvi dəyərlərimizi, adət və ənənələrimizi yaşadan bu ümumxalq bayramını yüksək dəyərləndirir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva böyük səy göstərərək Novruz bayramını UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil etmişdir”. Abşeron İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən uğrunda döyüşən hərbçilər, canlarından keçən şəhidlər, qazilər sayəsində Novruzun 3 ildir Qarabağda keçirildiyini diqqətə çatdırıb. Qonaq qismində dəvət olunan yazıçı Bülent Uğur türk xalqlarında Novruzun dəyərindən söz açaraq Novruz məkan və zaman coğrafiyasında heç vaxt ilkin yaradılış fəlsəfəsindən məhrum olmadığını, dünyanın harasında, tarixin hansı dönəmində olursa-olsun, təbiətin, insanın varlığını təzələdiyini, onları yox olmaqdan qoruduğunu söyləyib. Tədbirin bədii hissəsində səhnəciklər göstərilib, türk xalqlarının mahnıları oxunub, rəqsləri oynanılıb. Tədbirdə türk xalqlarının əşyaları, Novruz təamları sərgilənib. Sonda bayram tonqalı qalanıb, Novruzun yumurtadöyüşdürmə, tonqalda atlanma kimi adətləri icra edilib.