SON DƏQİQƏ

bdih-kollec.edu.az

8 mart Beynəlxalq Qadınlar günü

9-03-2017, 08:16

8 mart Beynəlxalq Qadınlar günü


8 mart Beynəlxalq Qadınlar günü


8 mart Beynəlxalq Qadınlar günü


8 mart Beynəlxalq Qadınlar günü


7 mart 2017-ci il tarixdə Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təntənəli bayram tədbiri keçirilmişdir.
Bayram tədbirini giriş sözü ilə Kollecin direktoru Rüxsarə Əliyeva açmışdır. O, cəmiyyətdə və ailədə qadınların rolundan danışmış, onların ictimai həyata, ailəyə mənəvi dayaq olduqlarını söyləmişdir. Ümummilli lider Heydər Əliyev daim qadınlarımızın zəhmətini, cəmiyyət həyatının müxtəlif sahələrində fəaliyyətini yüksək qiymətləndirmiş, onlara hər zaman böyük hörmətlə yanaşmışdır. Qeyd etmişdir ki, Prezident cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bu gün qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanlar yaradılmışdır. Qadınların bütün sahələrdə kişilərlə bərabər geniş təmsil olunmaları ölkəmizdə dövlət səviyyəsində onlara göstərilən ehtiramın və diqqətin bariz nümunəsidir. Tədbir tələbələrin hazırladığı maraqlı səhnələr, musiqi nömrələri ilə davam etmişdir.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR